I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Baytarlıq preparatlarının dövlət reyestri

Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı.

Baytarlıq preparatlarının dövriyyəsi

Baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi.

Baytarlıq sənədləri

Dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə və sertifikatları.

Baytarlıq təbabəti

Heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi.

Baza

digər analitik göstəricilərlə müqayisə baxımından əsas rolunu oynayan, müəyyən dövrə aid iqtisadi göstəricilər.

Baza İli

digər illərdə qüvvədə olan, fəaliyyət göstərən qiymətlərlə müqayisə üçün qiymətlər indeksinin qurulmasında, müəyyən edilməsində əsas baza kimi götürülən il.

Baza İnflyasiya

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların qiymətlərinin dəyişməsindən və mövsümi amillərdən təmizlənmiş inflyasiyadır. 

Baza Norması

kommersiya banklarının ssuda üzrə qoyduğu faiz dərəcəsidir

Baza Rentabelliyi

Məhsulların satışından istehsal xərclərini çıxdıqdan sonra, mənfəət əldə edilməsi ilə təmin olunmuş müəssisə gəlirləridir

Bazar

1) Aktivlərin alqı-satqısı üzrə mübadilə sferasında sosialiqtisadi münasibətlərin məcmusu. 2) Məhsulların alqı-satqısı üzrə mübadilə proseslərinin həyata keçirildiyi fiziki məkan, institut. Məs., kolxoz, fond birjası və s. 

Bazar Dəyəri

hər bir konkret anda əmtəə və xidmətlərin, o cümlədən birja əmtəələrinin, fond qiymətlilərinin və valyutanın bazardakı tələblə təklif əsasında müəyyən edildiyi cari dəyər. 

Bazar İndeksi

qiymətlərin buraxılmış səhmlərə olan nisbətini də daxil edən bazar dinamikasının ümumi göstəricisi.

Bazar İnfrastrukturu

bazar iqtisadiyyatı şəraitində bazar münasibətlərinin subyektləri arasında qarşılıqlı əlaqə yaradan 45 bütün növ mülkiyyət formaları, şirkətlər, müəssisələr, firmalar və s. ayrı-ayrı bazarlar üzrə bazar infrastrukturu mövcuddur

Bazar İqtisadiyyatı

azad sahibkarlıq, istehsal vasitələrinə mülkiyyətin çoxformalılığı, bazar qiymətqoyması, təsərrüfat subyektləri arasında müqavilə münasibətləri, dövlətin təsərrüfat fəaliyyətinə məhdud müdaxiləsi əsasında qurulmuş iqtisadiyyat.

Bazar Ölçülərinin Böyüməsi Effekti (səmərəsi)

beynəlxalq ticarətin təsiri altında inhisarçı rəqabət bazarının böyüməsi nəticə- sində, istehlakçılar avtarkiya şəraiti ilə müqayisədə daha ucuz qiymətə geniş ml çeşidlərini ala bilmək imkanını qazanmasıdır

Go to top