"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bazar Özünütənzimləməsi

tələblə təklifin qarşılıqlı əlaqəsi bazar mexanizminin əmtəələrin qiymətinə, istehsal və satış həcminə, istehlak səviyyəsinə, istehsalın səmərəliliyinə və işin keyfiyyətinə avtomatik təsiri. 

Bazar qiyməti

Malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti.

Bazar Tarazlığı

müəyyən vaxtda və müəyyən bazarda müəyyən əmtəə üzrə tələb və təklifin təxminən bərabər olması

Bazarın Dərinliyi

bazar fəaliyyətinin ölçüsüdür

Bazarın Genişliyi”

qiymətləri təyin edilən kağızların sayıdır. 

Bazarın Görünməyən Əli

elmə A.Smit tərəfindən gətirilmiş termin olub, mahiyyəti: – fərdin öz şəxsi gəliri üçün göstərdiyi cəhddə hər hansı bir məhdudiyyətlə qarşılaşmaması avtomatik olaraq bütünlükdə cəmiyyətin gəlirlərinin artmasına səbəb olur-deməkdir. 

Bazarın Seqmentləşməsi

satılan əmtəənin növü, ərazi məskunlaşması, təmsil olunmuş alıcıların tipi, sosial əlamətlərə görə bazarın ayrı-ayrı hissələrə bölgüsü. 

Bazarın subyektləri

Bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və idarəetmə orqanları.

Bazarın Tutumu

müəyyən malın bazarda verilmiş dövr ərzində potensial mümkün olan satış həcmi. 

Bazarın Tənzimlənməsi Alətləri

ölkə təsərrüfatında proporsionallığın, tarazlığın təmin edilməsi, sosial təzminatlar sisteminin yaradılması üçün dövlətin tətbiq etdiyi üsullar (vergi, kredit, bank faizi, qiymət hədləri və investisiyalar).

Bazis

1) Hər hansı münasibətin, işin, fəaliyyətin və s.-nin əsası, təməli, kökü, bazası və s. 2) Real əmtəənin qiyməti ilə birja kotirovkaları arasındakı fərq

Bazis Mənfəət

müəyyən hesabat dövrü ərzində (rüb, il və s.) planlaşdırılan (öncədən nəzərdə tutulan, gözlənilən) mənfəət.

Bazis Qiyməti

standart keyfiyyətli malın qiymətidir. 

Bazis Şərtləri

Malın nəqliyyat vasitəsinə görə vəziyyətini müəyyənləşdirən şərtlərdən asılı olaraq, sövdələşmədə tərəflərin 46 əsas hüquq və vəzifələridir. Beynəlxalq ticarət terminlərinin təfsiri “İnkoterms” qaydalar toplusu olub, məqsədi müxtəlif ölkələrdə bu terminlərin izahındakı yanlışlıqları aradan qaldırmaqdır. E qrupu – EXW – alıcı malı satıcının anbarına qəbul edir. F qrupu – FSA, FAS, FOB – satıcı malı alıcıya çatdırır. S qrupu – CİF, CFK, CPT, CİP – satıcı malın çatdırılması ilə əlaqədar müqavilə bağlayır, amma malın daşınması zamanı heç bir riskə cavabdeh deyildir. D qrupu – DAF, DES, DEQ, DDU, DDR – məhsul alıcıya çatana qədər bütün riskə satıcı cavabdehdir. 

Bazis Valyuta

digər valyutaların dəyərinin müəyyən edilməsində istifadə olunan valyuta

Go to top