I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Əqli fəaliyyətin nəticələri
İşlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və nou-hau.
 
Əqli mülkiyyət hüquqları
Müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu.

 

Ərazi (rayon) kollektiv saziş
Ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.

 

Ərazi qurluşu
Nəzərdə tutulmuş meyarlara əsasən Azərbaycan Respublikasının unitar, vahid əraziyə malik olan dövlət kimi müvafiq hissələrə bölünməsi.
 
Ərazi vahidi
Müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, qəsəbə, kənd).
 
Ərizə
Vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.
 
Ərizəçi
Özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxs.

 

Ərlə arvadın ümumi mülkiyyəti
Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti.

 

Ərzaq malları dükanı
Ticarət sahəsi 100 kv.m-dən yuxarı olub, ticarətin təşkili üçün lazım olan avadanlıqlarla təchiz edilmiş ticarət obyektidir. Bu obyektlərdə malların mövcud çeşiddə nümayiş etdirilməsi üçün açıq və qapalı soyuducu vitrinlər, piştaxtalar, elektron tərəzilər, xüsusi qablar və s. olmalıdır. Satış özünəxidmət və ya satıcı vasitəsi ilə həyata keçirilir.
 
Ərzaq xammalı
Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular.
 
Əsas borcalan
Dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxs
 
Əsasız varlanan
o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

 

Əşya yüklüyü
Xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə icra edilməli olan müəyyən vaxtaşırı öhdəliklər.

 

Əşyaların kirayə verilməsi obyekti
Toy və digər şənliklər, yas mərasimləri və s. üçün lazım olan qab-qacaqların, mizlərin, çadırların və s. kirayə verilməsi ilə məşğul olur.
 
Əşyaların mülkü dövriyyəsi
Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

 

Go to top