I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Xatirə sikkələri
İstehsalında bahalı metallardan (xüsusən qiymətli metallardan), mürəkkəb döymə texnologiyalarından, bədii tərtibat elementlərindən istifadə edilən, onlara xüsusi xassə verən, dövriyyədə nominal dəyəri və nominal dəyərindən fərqli olan digər qiymətlə istifadə edilməsinə imkan yaradan sikkələr aid edilir.
 
Xeyriyyə təşkilatı
Xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.

Xeyriyyəçilik fəaliyyəti
Fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud Vergi Məcəlləsində digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: - bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; -bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; -bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.

Xidmət (iş)
Malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

Xidməti poçt göndərişi
Poçt rabitəsi operatorları tərəfindən xidməti məqsədlə göndərilən poçt göndərişi.
 
Xidməti silah
İnsanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silah.
 
XİFƏN
Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası.
 
Xırdavat malları satan köşk
Belə köşklər ərzaq və qeyri-ərzaq malları satışı ilə məşğul ola bilər. Lazımi şəraiti olmayan köşklərdə, tez xarab olan ərzaq mallarının satışına icazə verilmir. Köşklərdə yalnız qablaşdırılmış ərzaq məhsulları satıla bilər.
 
Xuliqanlıq
İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər.

Xüsusi ittihamçı
Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxs.

Xüsusi mühafizə olunan təbiət obyektləri
Elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan, nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləri.
 
Xüsusi mühafizə olunan təbiət əraziləri
Xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanı.
 
Xüsusi mükafatlandırmanın açıq elan edilməsi
Hər hansı hərəkəti yerinə yetirməyə, məsələn, hər hansı müəyyən nəticəyə nail olmağa görə açıq elan çərçivəsində mükafat təyin edən şəxs həmin hərəkəti yerinə yetirmiş şəxsə mükafat ödəməlidir. Bu qayda şəxsin həmin hərəkəti yerinə yetirərkən mükafat gözləmədiyi halda da qüvvədədir.

Go to top