|
Əşyanın bəhəri
|
| Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. |
|
|
Əşyanın lombardda girovu
|
| Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsi. |
|
|
Əşyanın lombardda girovu
|
| Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsi. |
|
|
Əşyanın ləvazimatı
|
| Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatına da şamil edilir. |
|
|
Əşyanın tərkib hissəsi
|
| Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. |
|
|
Əşyanın yüklüyü
|
| Qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması. |
|
|
Əsər nüsxəsi
|
| Əsərin hər hansı maddi formada hazırlanmış surəti. |
| |
|
|
Əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq
|
| Əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması |
| |
|
|
Əsərin açıqlanması
|
| Müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət. |
| |
|
|
Ətraf mühitin keyfiyyət göstəriciləri
|
| Səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri. |
| |
|
|
Ətraf mühitin monitorinqi
|
| Təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi. |
| |
|
|
Ətraf mühitin mühafizəsi
|
| Ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması. |
| |
|
|
Ətraf mühitin qəza nəticəsində çirklənməsi
|
| Qəza və (və ya) texnogen fəlakət nəticəsində zərərli maddələrin atmosfer havasına, suya atılmasına, yerin səthində və təkində yayılmasına görə ətraf mühitin müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənməsi. |
| |
|
|
Ətraf mühitə dair informasiya
|
| Torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlar. |
| |
|
|
|
Ətraf mühitə dair informasiya obyektləri
|
| Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri. |
| |
|