|
Müəssisə
|
| Mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı, nümayəndəliyi. |
|
|
Müəssisə əmlakı
|
| Müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur. |
| |
|
|
Müəssisənin aktivi
|
| Müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak. |
| |
|
|
Müəssisənin passivi
|
| Müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik. |
| |
|
|
Müəssisənin, obyektin start qiyməti
|
| Qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiyməti. |
| |
|
|
Xalis mənfəət
|
| Mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət. |
|
|
Xarici dövlət borcu
|
| Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc |
| |
|
|
Xarici dövlətlərin siyasi xadimləri
|
| Hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri), onların ailə üzvləri və yaxın qohumları. |
| |
|
|
Xarici investor
|
| Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 faizdən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri. |
| |
|
|
Xarici investor
|
| Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 faizdən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri. |
| |
|
|
Xarici mallar
|
| Mənşəyi xarici ölkə olan mallar. |
|
|
Xarici sığortaçı
|
| Öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs |
| |
|
|
|
Xarici turizm
|
| Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahətləri. |
| |
|
|
Xarici təkrarsığortaçı
|
| Öz ölkəsinin qanunvericiliyinə əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs |
| |
|
|
Xarici valyuta
|
| a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər. |
| |
|