I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Dəniz limanı
Xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi.

 

Dəniz quldurluğu
Özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın.

 

Dərc
Seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlet orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi.

 

Dərc edilmə
Əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır.
 
Dərman vasitələri
 
Xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formaları.
 
Dərman vasitələri ilə davranış
Yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəkilə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edilməsi.
 
Dərzixana
Sifariş əsasında üst geyimlərin (kostyumlar, şalvarlar, palto və gödəkçələr, köynəklər, baş geyimləri və s.) tikişi və təmiri ilə məşğul olan, müvafiq avadanlıqlarla (tikiş maşınları, biçim-kəsici maşınlar və s.) təmin olunmuş məişət obyektidir. Müştərilərə mədəni xidmət göstərilməsini təmin etmək məqsədilə obyektlər geyinib-soyunma kabinələrinə, gözləmə otaqlarına və müasir dəbləri əks etdirən jurnallara və eskizlərə malik olmalıdırlar.
 
Efirlə bildiriş
Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyə çatdırılması. Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə bildirişi dedikdə, yerdə yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür; Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efir bildirişi sayılır
 
EHM
Elektron hesablayıcı maşınlar.

 

Ehtiyac meyarı
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.
 
Ehtiyat vərəsə
Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.

 

Ekologiya
Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm.
 
Ekoloji biliklər
Ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar.
 
Ekoloji fəlakət
İnsanların həyatı və fəaliyyəti şəraitində və ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət.
 
Ekoloji maarifləndirmə
Ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması.
 
Go to top