I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Dövlət vəsaiti
Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vasaitinə aid edilən digər vəsaitlər.
 
Dövlət zəmanəti
Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikasının öhdəliyi
 
Dövlət əmlakının özəlləşdirilməsi

Dövlət əmlakının Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsi.

Dövlətə xəyanət
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə.

 

Dövri mətbu nəşrlər
Çap prosesinin və ya hər hansı surətçıxaran texnika vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər.
 
Dövriyyə vəsaitləri (aktivləri)
Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri,tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir.
 
Dövriyyədənkənar (uzunmüddətli) aktivlər
Bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir.
 
Döyüş silahı
Qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silah.
 
Döyüş sursatı
Müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar.
 
Drenaj suları
Drenaj qurğuları vasitəsilə kənara axıdılan sular.
 
Duracaq
Hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitəsinin saxlandığı mühafizə olunan qapalı ərazi.
 
Duzun yodlaşdırılması
Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə qida və yem üçün istifadə olunan duzun yodla zənginləşdirilməsi prosesi.
 
Dəbbə pulu
Müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği (cərimə, penya).

 

Dəfinə
Torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya.

 

Dələduzluq
Sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə.

 

Go to top