| Термин | Определение | |||
|---|---|---|---|---|
| Dövlət kəmiyyət vahidinin etalonu | Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş ilkin etalon. |
|||
| Dövlət meşə kadastrı | Meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsi. |
|||
| Dövlət meşə kadastrı |
|
|||
| Dövlət mülkiyyəti hüququ | Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. -Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. -Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. |
|||
| Dövlət mülkiyyəti hüququ |
|
|||
| Dövlət muzey fondu | Dövlət muzeylərinin fondlarında saxlanılan mədəniyyət sərvətlərinin məcmusu. |
|||
| Dövlət muzey fondu |
|
|||
| Dövlət nəşriyyatı | Dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri. |
|||
| Dövlət nəşriyyatı |
|
|||
| Dövlət özəlləşdirmə opsionu | Xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağız. |
|||
| Dövlət özəlləşdirmə payı | Qörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusu. |
|||
| Dövlət qiymətli kağızları | Dövlət qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı tərəfindən buraxılan qiymətli kağızlar. |
|||
| Dövlət qiymətli kağızları |
|
|||
| Dövlət qoruyucu meşə zolaqları | Xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr. |
|||
| Dövlət qoruyucu meşə zolaqları |
|
|||