I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Heyvanlar aləminin yaşayış mühiti
Heyvanların suda, quruda, torpaqda və havada təbii sərbəstlik şəraitində məskunlaşdığı mühit.
 
Hidromeliorasiya
Suvarma, qurutma, şoran torpaqların yuyulması, erroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə.
 
Hidrotexniki qurğu
Su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, limanlar, gəmiburaxan şlüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular.
 
Hidrotexniki qurğunun istismarçısı
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat, yaxud sahibkarlıq fəaliyyəti məqsədilə hidrotexniki qurğunu istismar edən hüquqi və ya fiziki şəxs.
 
Hidrotexniki qurğunun mülkiyyətçisi
Hidrotexniki qurğuya sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və ya fiziki şəxs.
 
Hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi
Hidrotexniki qurğunun təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən sənəd.
 
Hidrotexniki qurğunun təhlükəsizliyi
Hidrotexniki qurğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağlamlığının, əmlakının, ətraf mühitin və təsərrüfat obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri.
 
Hidrotexniki qurğunun təhlükəsizliyi meyarları
Hidrotexniki qurğunun davamlılığının və texniki vəziyyətinin, eləcə də istismar şərtlərinin qurğuda qəza baş verməsinin yol verilə bilən risk həddinə uyğun gələn kəmiyyət və keyfiyyət göstəricilərinin son həddi.
 
Hidrotexniki qurğunun təhlükəsizliyinin qiymətləndirilməsi
Hidrotexniki qurğunun texniki vəziyyətinin və istismar heyətinin ixtisas dərəcəsinin müvafiq normativ hüquqi aktlarla müəyyən olunan norma və qaydalara uyğunluğunun müəyyənləşdirilməsi.
 
Hidrotexniki qurğunun təhlükəsizliyinin təmin olunması
Hidrotexniki qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi.
 
HİV
İnsanın immunçatışmazlığı virusu (Human immunodeficiency virus).

 

HIV/AIDS
İnsanın immunçatışmazlığı virusu ilə yoluxmuş və xəstə şəxslər.
 
Holdinq şirkəti
Kommersiya bankları daxil olmaqla, bir və ya bir neçə törəmə təşkilatda paya sahib olmaq və onları idarə etmək məqsədi ilə fiziki və/ və ya hüquqi şəxs(lər) tərəfindən yaradılmış qrupdur. Holdinq şirkətləri aşağıdakılara bölünür: bank holdinq şirkəti—bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan qrupdur. maliyyə holdinq şirkəti—bank və yalnız maliyyə sektorunda fəaliyyət göstərən digər törəmə təşkilatlarından ibarət qrupdur. qeyri-maliyyə holdinq şirkəti—bank daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur.
 
Hospitallaşdırma
Şəxsin psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) yerləşdirilməsi.
 
Host
İnternetə qoşulmuş kompüter və ya digər qurğu.
 
Go to top