I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Hava hərəkəti
Hava gəmilərinin uçuşları və ya manevr meydanında hərəkətləri.
 
Hava hərəkətinin idarə edilməsi
(hava hərəkətinə dispetçer xidmətinin göstərilməsi)—Hava gəmilərinin bir-biri ilə və ya manevretmə meydanında olan maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədi ilə hava hərəkətinə göstərilən xidmət.
 
Hava hərəkətinə xidmət
Hava hərəkətinə uçuş-informasiya, aerometeoroloji, məsləhət xidmətlərinin göstərilməsi, hava hərəkəti xidmətinin qəza haqqında xəbərdarlıq edilməsi, hava hərəkətinin idarə edilməsi, hava hərəkətinə dispetçer, o cümlədən rayon dispetçer, yaxınlaşma dispetçer və ya aerodrom dispetçer xidmətlərinin göstərilməsi.
 
Hava limanı
Hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi.
 
Hava məkanı
Azərbaycan Respublikasının ərazisi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus sektoru və daxili suları üzərində hava sahəsi.
 
Hava əlaqələri
Hava daşımaları məqsədi ilə ardıcıl olaraq həyata keçirilən uçuşlar.
 
Hesab-proforma
Mal partiyasının qiyməti və dəyəri haqqında məlumatlar göstərilən, lakin haqq-hesab sənədi hesab olunmayan sənəd (qısa bəyannamə şəklində istifadə oluna bilər).
 
Hesab-qaimə (invoys)
Mala görə ödəniləsi məbləği göstərən sənəd, malın üstündə göndərilən qaimə şəklində istifadə oluna bilər.
 
Hesablaşma çeki
Cari hesabdan yalnız nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan çek.

 

Hesablaşma vahidi

Beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.

 

Heyvan cinsləri
Eyni mənşəyə və seleksiya strukturuna malik, öz morfoloji və təsərrüfat əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu
 
Heyvanlar aləmi
Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olaraq sərbəst, yarısərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu.
 
Heyvanlar aləmindən istifadə
İnsanların maddi və mənəvi tələbatının ödənilməsi məqsədilə heyvanlar aləmi obyektlərini təbii mühitdən ayırmaqla və ya ayırmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət növləri.
 
Heyvanlar aləminin istifadəçiləri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər.
 
Heyvanlar aləminin mühafizəsi
Heyvanlar aləmi obyektlərinin bioloji müxtəlifliyinin və həyat fəaliyyətinin qorunub saxlanması.
 
Go to top