|
Hərəkət şiddəti
|
| Vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayı. |
| |
|
|
Hərəkət zolağı
|
| Yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağı. |
| |
|
|
Hərəkəti buraxmaq qabiliyyəti
|
| Yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürətini və təhlükəsizliyini təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayı. |
| |
|
|
Həvəskar və idman ovu
|
| Ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü. |
| |
|
|
Həyat sığortası
|
| Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. |
| |
|
|
Həyatın yığım sığortası
|
| Sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması |
| |
|
|
İbtidai araşdırma
|
| Cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat. |
|
|
İcarə
|
| Əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etmək. |
| |
|
|
İcarə müddəti
|
| Tərəflər arasında icarəyə verilmiş (icarəyə götürülmüş) aktivdən istifadə barəsində razılaşdırılmış müddət. |
| |
|
|
İcarə müqaviləsi
|
| İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd. |
| |
|
|
İcarə ödəmələri
|
| İcarəçi tərəfindən icarə müddəti ərzində müqaviləyə əsasən hissə-hissə həyata keçirilən ödəmələr. |
| |
|
|
İcbari sığorta
|
| Qanunla nəzərdə tutulan sığorta. |
|
|
İcmal büdcə
|
| Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi. |
| |
|
|
İcmal maliyyə hesabatları
|
| Vahid bir hüquqi şəxsin maliyyə hesabatları kimi təqdim edilən qrupun maliyyə hesabatları. |
| |
|
|
İcraçı
|
| İş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar. |
| |
|