I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Hüquqi şəxslərin ittifaqları
Kommersiya təşkilatları özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda) məqsədi ilə ittifaqlar yarada bilərlər.

 

Hüquqların idarə edilməsi haqqında informasiya
Əsəri, əsərin müəllifini və ya digər hüquq sahibini eyniləşdirən və ya əsərdən istifadə şərtləri haqqında məlumatları və təqdim olunan belə məlumatları özündə saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür
 
Hüququn girovu
Girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbi.

 

Hüququn yüklülüyü
Qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması.

 

Həbs
Qətimkan tədbiri qismində Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılması.

 

Hədə-qorxu ilə tələb etmə
Zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə.

 

Həftəlik tam iş vaxtı
İki istirahət günü olan beşgünlük iş həftəsi.

 

Həkim-onkoloq
Onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis.
 
Həkim-psixiatr
Qanunvericilikdə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul olan mütəxəssis.
 
Həkim–narkoloq
Həmkarlar ittifaqının ilk təşkilatı
İstehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı.
 
Həmkarlar ittifaqları
İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında müəssisədə yaradılan təşkilat. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

 

Həmkarlar ittifaqlarının ərazi birliyi
Peşələr, sahələr üzrə həmkarlar ittifaqları birliklərinin respublika və yaxud müvafiq ərazi səviyyəsində birləşib təsis etdikləri həmkarlar ittifaqları birlikləri.
 
Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama.

 

Hərbi xidmət keçməkdən boyun qaçırma
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma.

 

Go to top