|
Kooperativ
|
| Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. |
|
|
Korporativ informasiya sistemi
|
| Mülkiyyətçinin müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri olan informasiya sistemi. |
| |
|
|
Körpə
|
|
|
Korrupsiya
|
| Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. |
| |
|
|
Kredit ittifaqı
|
| Mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatı. |
| |
|
|
Kredit riski
|
| Borclunun banka olan öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalı. |
| |
|
|
Kreditorların tələblərinin ödənilməsi
|
| Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir: -birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir; -ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır; -üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır; -dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir; -beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır. -Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. -Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etsin. -Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından ödənilir. -Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır. |
|
|
Kreditə konvertasiya əmsalı
|
| Bankın balansdankənar öhdəliklərinin balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici. |
| |
|
|
Küçə yürüşü
|
| Müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsi. |
| |
|
|
Kumulyativ müddətsiz imtiyazlı səhmlər
|
| Emissiya şərtlərinə görə sahiblərinə ödənilməyən (verilməyən) dividendləri daim toplanan və qeyri—kumulyativ müddətsiz imtiyazlı və adi səhmlərin dividendləri ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salınması hüququ verən səhmlərdir. |
| |
|
|
Kurort
|
| Təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi |
| |
|
|
Kurort fəaliyyəti
|
| Təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktiki fəaliyyət növlərinin məcmusu |
| |
|
|
Kurort meşələri
|
| Sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin qorunmasını və yaxşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaxtından əvvəl sıradan çıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə sahələridir. |
| |
|
|
Kuryer xidməti
|
| Eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması. |
| |
|
|
Kütləvi bildiriş
|
| Əsərlərin və əlaqəli hüquqların obyektlərinin efirlə və kabellə (naqil və ya naqilsiz rabitə vasitələri ilə) hər hansı bildirişi, həmçinin bu obyektlərin faktiki qavranılmasından asılı olmayaraq, əhali tərəfindən əldə olunmasını təmin etmək məqsədi ilə onların hər hansı üsulla kütləyə çatdırılması (əsərin nüsxələrinin yayılması istisna olmaqla) |
| |
|