I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Müdafiə olunan xərc maddələri
Büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri.
 
Müdafiə tərəfi
Birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdehdir.

 

Müddət
Mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxt.

 

Müdiriyyət
Mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil e tdiyi idarəetmə orqanı.
 
Müflisləşmə
Borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması.
 
Mühafizə olunan obyekt
Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən hüquqa zidd qəsdlərdən mühafizə edilən daşınmaz (binalar, tikililər, qurğular, ərazilər və s.) və burada yerləşən daşınar əmlak (nəqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.)
 
Mühafizə olunan seleksiya nailiyyəti
Dövlət reyestrinə daxil olan, petentləşmiş bitki materialı və damazlıq ehtiyatı.
 
Mühafizəçi
Xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı
 
Mühasibat balansı
Hesabat dövrünün son gününə müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır.
 
Mühasibat uçotu hesabı
Təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdırır. Subhesab qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.
 
Müşahidə
Məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması.

 

Müşahidə zonası
Sanitar-mühafizə zonasının hüdudları xaricində radiasiya nəzarəti aparılan ərazi.
 
Müşahidəçi
Seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs.

 

Müştəri
Yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxs.
 
Müəllif
Əsərin yaradıcısı olan fiziki şəxs.
 
Go to top