|
Kütləvi ifa
|
| Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin |
| |
|
|
Kütləvi iğtişaş
|
| Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlər. |
|
|
Kütləvi informasiya
|
| Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya. |
| |
|
|
Kütləvi informasiya vasitələri
|
| Dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları. |
| |
|
|
Kütləvi informasiya vasitəsi məhsulunun yayılması
|
| Dövri mətbu nəşrlərin, teleradio proqramlarının, audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi. |
| |
|
|
Kütləvi informasiya vasitəsinin məhsulu
|
| Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi. |
| |
|
|
Kütləvi nümayiş
|
| Əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişi də onun kütləvi nümayişi sayılır. |
| |
|
|
Kütləvi qırğın silahları
|
| Nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı. |
| |
|
|
Kvota
|
| Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi. |
|
|
Kəmiyyət vahidinin etalonu
|
| Ölçünün kəmiyyətini saxlayan və bu kəmiyyətin digər ölçmə vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən təsdiq edilmiş ölçmə vasitələri. |
| |
|
|
Kənd
|
|
|
Kəşfiyyat fəaliyyəti
|
| Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyəti. |
| |
|
|
Laboratoriya üsulu ilə sortluq nəzarəti
|
| Laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasının təyin edilməsi. |
| |
|
|
Layihələşdirmə tapşırığı
|
| Memarlıq obyekti layihəsinin hazırlanması üçün sifarişçi tərəfindən memara verilən və memarlıq-planlaşdırma tapşırıqları nəzərə alınmaqla tərtib edilən müqavilə sənədi. |
| |
|
|
Liman hakimiyyət orqanları
|
| Müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları. |
|