|
Depozitari
|
| Girov qoyulmuş əmlakın satışından əldə edilən hasilatı alan və girovsaxlayanlar arasında bölüşdürən müvəkkil bank. |
| |
|
|
Detoksifikasiya
|
| İnsan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılması. |
| |
|
|
Detoksifikasiya
|
| İnsan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılması. |
| |
|
|
Diler
|
| Birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisi. |
| |
|
|
Diler fəaliyyəti
|
| Öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı -satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir. |
|
|
Dini etiqad azadlığı
|
| Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə e`tiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. |
| |
|
|
Dini icma
|
| Dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumu. |
| |
|
|
Dini qurumlar
|
| Dini icmalar, idarələr və mərkəz, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri. |
| |
|
|
Diplomatik xidmət
|
| Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyəti. |
| |
|
|
Diskresion səlahiyyətlər
|
| Qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. |
| |
|
|
Dividend
|
| Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. |
|
|
DNS
|
| Domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır. |
| |
|
|
DNS-server
|
| Bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqram. |
| |
|
|
Domen
|
| DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsi. |
| |
|
|
Domen adı
|
| DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən «.» işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisi. |
| |
|