| Термин | Определение |
|---|---|
| Casusluq | Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilmə. |
| Çay | Yarpağı, tumurcuqları və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki |
| Çay məhsulları | Çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri |
| Çay sənayesi | Ç ay yarpağını ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi |
| Çay əkini materialları | Ç ay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər |
| Çayçılıq | |
| Çek | Orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləşdirilməyən yazılı sərəncamından ibarətdir. |
| Çeşni | Toxunması nəzərdə tutulmuş xalçanın kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən hazırlanmış texniki layihəsi. |
| Cinayət | Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi. |
| Cinayət hadisəsi | Cinayətin əlamətlərini özündə əks etdirən hadisə. |
| Cinayət işi | Törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusu. |
| Cinayət mühakimə icraatı | Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat. |
| Cinayət prosesi | Cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. |
| Cinayət prosesində iştirak edən digər şəxslər | Hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçi. |
| Cinayət prosesini həyata keçirən orqanlar | İcraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. |