|
Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi
|
Coğrafi obyektlərin mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi
|
|
Cərimə
|
Müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.
|
|
Cəza
|
Məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir.
|
|
Daktiloskopik məlumat
|
| İnsanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumat. |
| |
|
|
Damazlıq atlar
|
| Mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar |
| |
|
|
Damazlıq ehtiyatı (məhsulu, materialı)
|
|
|
Damazlıq ehtiyatları (məhsulları, materialları)
|
| Dövlət sertifikatına malik, damazlıq məqsədilə yetişdirilən heyvanlar, onların toxumları, yumurtaları, rüşeymləri. |
| |
|
|
Damazlıq heyvan
|
| Mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvan |
| |
|
|
Damazlıq heyvandarlıq
|
| Kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədi ilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi |
| |
|
|
Damazlıq heyvandarlıq təsərrüfatları
|
| Damazlıq heyvanların yetişdirilməsi və saxlanması, onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və fiziki şəxslər |
| |
|
|
Damazlıq heyvanlar
|
| Yüksək məhsuldar, təkrar istehsala yararlı, mənşəyi bəlli olan qaramal, camışlar, qoyun və keçilər, donuzlar, atlar, dəvələr, dovşanlar, xəz dərililər, quşlar, balıqlar, arılar, barama qurdları və digər heyvanlar. |
| |
|
|
Damazlıq heyvanların bonitirəsi
|
| Heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi |
| |
|
|
Damazlıq heyvanların dövlət reyestri
|
| Damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi |
| |
|
|
Damazlıq heyvanların identikləşdirilməsi
|
| Müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemi |
| |
|
|
Damazlıq heyvanların təmiz cinsli yetişdirilməsi
|
| Eyni cinsdən olan heyvanların müsbət xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən-nəslə ötürmək məqsədi ilə yetişdirilməsi |
| |
|