|
Daxili Auditorlar İnstitutu
|
| Daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar assosiasiyadır |
| |
|
|
Daxili dövlət borcu
|
| Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc |
| |
|
|
Daxili turizm
|
| Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri. |
| |
|
|
Debüt filmlər
|
|
|
Defisit
|
|
|
Deklarant
|
|
|
Deklarant (bəyannaməçi)
|
|
|
Depeş
|
| Beynəlxalq poçtun istiqamət planına uyğun olaraq eyni vaxtda, eyni ölkənin, eyni mübadilə yerindən digər ölkənin müvafiq mübadilə yerinə göndərilən poçtdur. (İçərisində məktub korrespondensiyası, qiyməti elan olunmuş məktublar, poçt bağlamaları və ya poçt kisələri olan bir və ya bir neçə kisə, həmçinin bir və ya bir neçə açıq bağlama). Tərkibinə görə depeşlər aşağıdakı növlərə bölünür: məktub korrespondensiyası (LC/AO) depeşləri; poçt bağlamaları (CP) depeşləri; sürətli poçt göndərişləri (EMS) depeşləri; geri qaytarılan boş kisə (SV) depeşləri. |
| |
|
|
Deponent
|
| Qiymətli kağızların saxlanması və ya depozitarda saxlanılan qiymətli kağızlara aid hüquqların uçotu üzrə depozitarın xidmətindən müqavilə əsasında istifadə edən hüquqi və ya fiziki şəxs. |
|
|
Depozit
|
| Müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaiti. |
| |
|
|
Depozit sertifikatı
|
| Əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq hüququnu təsbit edən qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız kimi buraxıla bilər. |
|
|
Depozitar
|
|
|
Depozitar
|
|
|
Depozitar fəaliyyəti
|
| Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyət. |
|
|
Depozitar sistemi
|
| Bir-biri ilə «depo» hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir. |
|