|
İmmiqrasiya
|
| İmmiqrasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi. |
| |
|
|
İmmiqrasiya kvotası
|
| Bir il ərzində müvafiq ölkələrdən Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin sayının son həddi. |
| |
|
|
İmza sahibi barəsində məlumatlar
|
| Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar. |
| |
|
|
İmza vərəqələri
|
| Bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar. |
|
|
|
İncəsənət abidələri
|
| Tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri. |
| |
|
|
İndeksləşdirmə
|
| Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. |
| |
|
|
İnformasiya
|
| Təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər haqqında məlumatlar. |
| |
|
|
İnformasiya ehtiyatları
|
| İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri. |
| |
|
|
İnformasiya prosesləri
|
| İnformasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması. |
| |
|
|
İnformasiya sahibi
|
| İnformasiya əldə etmək hüququnu təmin etmək üçün Qanunla müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər |
| |
|
|
İnformasiya sistemi
|
| İnformasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasındən istifadə edilməklə, nizamlanmış məcmusu. |
| |
|
|
İnformasiya sistemləri mülkiyyətçisi
|
| Göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt. |
| |
|
|
İnformasiya sistemlərinin təminat vasitələri
|
| İnformasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr. |
| |
|
|
İnformasiya sorğusu
|
| İnformasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət. |
| |
|
|
İnformasiya sorğusu verən
|
|