I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Kommersiya sirrinin əldə edilməsinin məhdudlaşdırılması üzrə kommersiya sirrinin sahibi və ya konfident tərəfindən müəyyən olunmuş hüquqi, təşkilati, texniki və digər tədbirlər sistemi.
Kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.
 
Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulları
Kommersiya sirrinin sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kimi qeyri-qanuni üsullarla əldə edilməsi.
 
Kommersiya təmsilçisi
Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs.

 

Kompensasiya
Sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
 
Kompüter proqramı
Maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir.
 
Konfidensial informasiya
Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya.
 
Konosament
Mala dair sərəncam sənədindən ibarət ticarət kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız, orderli və ya adlı ola bilər.

 

Konsessiya müqaviləsi
İstehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -bu malları öz adından və öz hesabına başqasına satmaq; -bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

 

Konsiqnasiya anbarı haqqında müqavilə
Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədi ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

 

Konsul dairəsi
Konsulluğun yerləşdiyi dövlətlə razılıq əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi.
 
Konsul xidməti
Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növü.
 
Konsulluğun vəzifəli şəxsi
Konsulluğun başçısı da daxil olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər bir şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa ezam olunmuş şəxs (stajkeçən).
 
Konsulluğun əməkdaşı
Konsulluqda inzibati və ya texniki vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı vəzifələri yerinə yetirən hər hansı şəxs.
 
Kontrafakt mallar
Hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmaqla yaradılmış (istehsal edilmiş) və (və ya) gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar.

 

Konversiya borcu istiqrazları
Açıq səhmdar cəmiyyətləri tərəfindən buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük hüququ verir.

 

Go to top