I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bələdiyyə qulluğu

erli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyəti.

Bələdiyyə qulluqçusu

Yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir.

Bələdiyyələrin mülkiyyət hüququ

Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak.

Bələdiyyələrin məhəllə komitələri

Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklər.

Bələdiyyələrin su təsərrüfatı

Bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər.

Bələdiyyələrin su təsərrüfatı obyekti

Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular.

Bərbərxana

Saçların qırxılması (düzəldilməsi), yuyulması və rənglənməsi, parik və şinyonların qoyulması, dırnaqların təmizlənməsi, pedikür və manikür olunması üçün müvafiq avadanlıqlarla təmin olunmuş məişət xidməti obyektidir. Bu obyektlərdə istehlakçıların gözləməsi və üst geyimlərinin saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır

Bərpa dəyəri

Mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsi.

Bərpa olunan enerji mənbələri

Ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s.)

Camaşırxana

Xidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur.

Canlı yayım

Teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi.

Çap məhsulu

Poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu.

Cari icarə

Maliyyə icarəsindən fərqli olan istənilən icarə.

Cari kreditlər

Müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kreditlər.

Cari öhdəliklər

Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklər.

Go to top