|
İnsanların istismarı
|
| Məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi. |
| |
|
|
İnteqral sxem
|
| Altlığın səthində və (və ya) həcmində bir-birindən ayrılmaz şəkildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat. |
| |
|
|
İnteqrasiya təlim təhsil müəssisəsi
|
| Sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil müəssisəsi. |
| |
|
|
İnteraktiv bildiriş
|
| Əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə olunmasını həyata keçirə biləcəyi tərzdə onlara çatdırılması |
| |
|
|
İnventarizasiya
|
| Müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsi. |
| |
|
|
İnvestisiya
|
| Gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlər. |
| |
|
|
İnvestisiya bəyannaməsi
|
| İnvestisiya qoyuluşunun məqsədlərini, istiqamətlərini, investisiya fondunun fəaliyyətinə məhdudiyyətləri müəyyən edən, diversifikasiya edilmiş investisiya portfelinə tələbləri əks etdirən, fondun və onun müdiriyyətinin (müdirinin) cari investisiya fəaliyyətini istiqamətləndirən əsas sənəd. |
| |
|
|
İnvestisiya fondu
|
| Səhmlərinin buraxılması və açıq yerləşdirilməsi vasitəsilə cəlb edilən pul vəsaitini qiymətli kağızlara investisiya edən, habelə qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyəti həyata keçirən və diversifikasiya edilmiş investisiya portfelinə sahib olan açıq tipli səhmdar cəmiyyəti. |
| |
|
|
İnvestisiya fondunun afilə edilmiş şəxsi
|
| İnvestisiya fondunun fəaliyyətində maraqlı olan və hüquqi cəhətdən əhəmiyyətli hərəkətlərlə onun fəaliyyətinə təsir edə bilən, yaxud investisiya fondu tərəfindən fəaliyyətlərinə göstərilən şəkildə təsir edilən istənilən hüquqi və ya fiziki şəxs. |
| |
|
|
İnvestisiya fondunun aktivləri
|
| Fondun uzunmüddətli aktivlərindən (uzunmüddətli maliyyə qoyuluşları və digər uzunmüddətli qoyuluşlar) və cari aktivlərindən (qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlər) ibarət olan əmlak. |
|
|
İnvestisiya fondunun müdiriyyəti
|
| Qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən və investisiya fondu ilə onun idarə edilməsinə dair bağlanmış müqavilə əsasında hərəkət edən hüquqi şəxs (fiziki şəxs). |
| |
|
|
|
İnvestisiya fondunun xalis aktivləri
|
|
|
İnvestisiya fəaliyyəti
|
| İnvestorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusu. |
| |
|
|
İnvestor
|
| Qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxs. |
|
|
İnzibati akt
|
| İnzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri. |
| |
|