|
İpoteka qoyan
|
|
|
İpoteka saxlayan
|
| İpoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibi. |
| |
|
|
İpoteka şəhadətnaməsi
|
| Qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır. |
|
|
İqtisadi siyasət tədbirləri
|
| Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından müəyyən edilən və özündə kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edilməsi, həmçinin Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi. |
|
|
İrriqasiya (suvarma)
|
| Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsi. |
| |
|
|
İrriqasiya (suvarma) sistemləri
|
| Suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləri. |
| |
|
|
İrsi qan xəstəlikləri
|
| nəsildən nəsilə irsən keçən qan sisteminin müxtəlif xəstəlikləri |
| |
|
|
İrsi transmissiya
|
| Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. |
|
|
İS topologiyası
|
| İnteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun altlıqla əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi. |
| |
|
|
İS topologiyasına hüquq sahibi
|
| Müəllif, onun vərəsəsi, eləcə də qanunla, yaxud müqavilə əsasında müstəsna əmlak hüquqlarını almış hüquqi və ya fiziki şəxs. |
| |
|
|
İş vaxtından artıq iş
|
| İşəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. |
|
|
İş yeri
|
| İşçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. |
|
|
İSBN
|
|
|
İşçi
|
|
|
İşçilərin numayəndəli orqanı
|
| Əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri). |
|