I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İstismarçının dövləti
Həmin istismarçının yurisdiksiyası altında olduğu və onun əsas (daimi) olduğu yerin dövlətidir.
 
İşəgötürən
Tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

İşəgötürənlərin nümayəndəli orqanı
Sahibkarlıq fəaliyyətləri ilə əlaqədar sosial-iqtisadi hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri ilə bağlı mənafelərini müdafiə etmək məqsədi ilə işəgötürənlərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən birliklər.

 

İttiham
Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

 

İttiham tərəfi
Birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır.

 

İxrac nəzarəti
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər kompleksi.
 
İxrac nəzarətinə düşən malların nomenklaruru
Kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə istifadə edilə bilən ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammalın, nüvə və xüsusi qeyri-nüvə materialları daxil olmaqla, materialların, avadanlığın, elmi-texniki informasiyanın, cinayətkarlığa və terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları.
 
İxtira
Sənayenin və təsərrüfatın digər fəaliyyət sahələrində konkret problemin praktik həllinə imkan verən, patent qabiliyyəti şərtlərini ödəyən yeni həll.
 
İzahat
Cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillər.

 

Kabel elektrik ötürücü xətti
Bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu.
 
Kabellə bildiriş
Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması.
 
Kabotaj
Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.

 

Kalibrlənmə haqqında sertifikat
Kalibrlənməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən ölçmə vasitələrinin kalibrlənməsi nəticələrinin təsdiq edilməsi haqqında verilən sənəd.
 
Kanalizasiya sistemi
Yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkə.
 
Kapitalın adekvatlıq əmsalları
Müəyyən edilmiş düsturlarla hesablanan I dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbəti.
 
Go to top