|
İşsiz vətəndaş
|
| İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs. |
| |
|
|
İstedadlı gənclər
|
| Təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər. |
| |
|
|
İstehsal itkiləri
|
| Mal məhsulu istehsalı prosesində əmələ gələn və ya həmişəlik itirilən materiallar, maddələr və s. |
| |
|
|
İstehsal prosesləri
|
| Mal məhsulunun istehsalı və ya təmiri üçün zəruri olan bütün insan fəaliyyətinin və əmək vasitələrinin məcmusu. |
| |
|
|
İstehsal tulantıları
|
| Mal məhsullarının istehsalı prosesində əmələ gəlməsi labüd olan və bəyannaməçi tərəfindən tətbiqini tapmayan (materiallar, maddələr, məmulatlar və s. ) mallar. |
| |
|
|
İstehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturu
|
| Yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafı üçün vacib olan, dövlət şəhərsalma norma və qaydaları ilə müəyyənləşdirilən sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri, su, kanalizasiya, istilik, qaz, elektrik, rabitə və s. mühəndis, nəqliyyat şəbəkələri və sistemləri, əhaliyə sosial, mədəni-məişət xidməti obyektləri. |
| |
|
|
İstehsalat məqsədli su
|
| İstehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə olunan su. |
| |
|
|
İstehsalat tulantıları
|
| İstehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn və əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar. |
| |
|
|
İstehsalçı
|
| Mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar. |
| |
|
|
İstelak edilən əşyalar
|
| Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır. |
|
|
İstifadə hüququ
|
| Əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. |
|
|
İstiqraz
|
| Onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur. |
|
|
İstiqrazlar və səhimlər
|
| İnvestisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq, bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızların toplusudur. |
|
|
İştirakçı
|
| Səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı. |
|
|
İştirakçı bank
|
| Qnunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır. |
| |
|