I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Kapitalın hibrid elementləri
Səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən maliyyə alətləri, o cümlədən qeyri—kumulyativ müddətsiz imtiyazlı səhmlər, kumulyativ müddətsiz imtiyazlı səhmlər, subordinasiya borc öhdəlikləri və ya oxşar digər qiymətli kağızlardır.
 
Karantin nəzarətinin obyektləri
Karantin obyektini yaya bilən və ya onun yayılmasına kömək edən məhsullar, materiallar və obyektlər.
 
Karantin zonası
Karantin obyektinin aşkar edilməsi ilə əlaqədar xüsusi karantin rejimi müəyyən edilmiş ərazi.
 
Kartoqrafiya
Yer səthinin qrafik təsvirinin öyrənilməsi, yaradılması və istifadəsi.
 
Kassa qovşağı
Kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun sayılması üçün sahə).
 
Kassa sənədi
Kassa əməliyyatlarının aparılması üçün istifadə olunan sənədləri.
 
Kassa əməliyyatları
Nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.
 
Kassasiya instansiyası məhkəməsi
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

 

Kassir
Kassa əməliyyatlarını həyata keçirən şəxs.
 
Kern
Yer təkinin geoloji kəsilişinin öyrənilməsi üçün çıxarılan silindrşəkilli süxur nümunəsi.
 
Kimsəsiz
Müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan.
 
Kimyəvi meliorasiya
Torpaqların gipsləşdirilməsi.
 
Kinematoqrafiya
Kinematoqrafiya əsərlərinin yaradılmasına və istifadəsinə yönəldilmiş peşəkar, yaradıcı, istehsal, elmi, texniki və təhsil fəaliyyətinin məcmusundan ibarət mədəniyyət və incəsənət sahəsi.
 
Kinematoqrafiya fəaliyyəti
Kinofilmlərin yaradılmasına, yayılmasına və qorunmasına yönəldilən yaradıcılıq, istehsalat, elmi, texniki və təhsil kompleksini əhatə edən fəaliyyət.
 
Kinematoqrafiya ictimai birliyi
Yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik.
 
Go to top