I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Kinematoqrafiya müəssisəsi
Təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film istehsalı, kinosalnamə çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı və nümayişi, kinozala texniki xidmət, kino materiallarının və avadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə işlərin görülməsi və xidmət göstərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyumların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində tədris, elmi, təbliğai, nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan müəssisə.
 
Kinosalnamə
Audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən və müntəzəm çəkilən sənədli süjetlər.
 
Kinozal
Filmin nümayiş edildiyi yer.
 
Kirayə
Əsərin, fonoqramın və ya bu Qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi
 
Kitab dükanı
Dərsliklərin, bədii və siyasi kitabların, məktəb ləvazimatlarının satışı ilə məşğul olan, ticarət sahəsi 50 kv.m-dən az olmayan ticarət obyektidir. Alıcılarla hesablaşmalar kassa aparatı vasitəsi ilə aparılır.
 
Kitabın beynəlxalq standart nömrəsi
Hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə (İSBN).
 
Kitabxana
Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut.
 
Kitabxana fondu
İctimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.
 
Kitabxana fəaliyyəti

Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət.
 
Kitabxana işi
Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi.
 
Kitabxanaçı
Kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis.
 
Klirinq
Hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesi.
 

 

Klirinq fəaliyyəti
Qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.

 

Kollektiv bölüşdürücü şəbəkə
Teleradio proqramlarının peykdən, efirdən və kabel şəbəkəsindən qəbul olunaraq abonentlər arasında bölüşdürülməsi.

 

Kollektiv müqavilə
İşəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.

 

Go to top