"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Kollektiv nişan
İttifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyası.
 
Kollektiv saziş
Müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma.

 

Kollektiv tələblər
Kollektiv müqavilələrin, sazişlərin bağlanması, onlara dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar ittifaqları orqanının işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü tələblər.

 

Kollektiv əmək mübahisəsi
Kollektiv tələblərdən törəyən fikir ayrılığı.

 

Kollektiv əsər
Fiziki və ya hüquqi şəxsin təşəbbüsü üzrə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər.
 
Köləlik
Şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə.

 

Kombinə edilmiş
Hər iki növü birləşdirməklə hesablanan.
 
Komissiya müqaviləsi
Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

 

Kommandit ortaqlığı
-Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı—maya qoyanı (kommanditçi) vardır. -Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi vəziyyəti və ortaqlığın öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları haqqında qaydaları ilə müəyyənləşdirilir. -Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam ortaqlığın iştirakçısı kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq tam ortaqlığın iştirakçısı ola bilməz. -Kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları ilə «kommandit ortaqlığı» sözləri və ya «və ortaqları» və «kommandit ortaqlığı» sözləri əlavə edilməklə azı bir tam ortağın adı göstərilməlidir. -Əgər kommandit ortaqlığının firma adına maya qoyanın adı daxil edilərsə, həmin maya qoyan tam ortağa çevrilir. -Mülki Məcəllənin tam ortaqlıq haqqında qaydaları kommandit ortaqlığına bu şərtlə tətbiq edilir ki, həmin qaydalar Mülki Məcəllənin kommandit ortaqlığı haqqında qaydalarına zidd olmasın.

 

Kommersiya məqsədi ilə istifadə
Satmaq, kirayəyə vermək, yaxud kommersiya yayımının digər üsulları, həmçinin bunların həyata keçirilməsinin təklif edilməsi.
 
Kommersiya sirri
Hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar.
 
Kommersiya sirrini yaymaq
Müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması.
 
Kommersiya sirrinin daşıyıcıları
Kommersiya sirrinin işarələr, təsvirlər, düsturlar, texnoloji proseslər, siqnallar və başqa formada ifadə edildiyi maddi və qeyri-maddi obyektlər.
 
Kommersiya sirrinin konfidenti
Kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs.
 
Kommersiya sirrinin rejimi
Go to top