| Термин | Определение |
|---|---|
| Broker fəaliyyəti | Müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyət. |
| Broker müqaviləsi | |
| Brokerlik | Muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək. |
| BTC Sistemi | Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının ərazilərindən nəql olunmasına dair imzalanmış 18 noyabr 1999-cu il tarixli Sazişin mətnində «Nəqletmə sistemi» kimi müəyyənləşdirilən boru kəməri (o cümlədən köməkçi qurğu və avadanlıqlar) |
| Büdcə | Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi. |
| Büdcə artıqlığı (profisit) | Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği. |
| Büdcə gəlirləri | Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar. |
| Büdcə ili | Yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr. |
| Büdcə kəsiri (defisit) | Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği. |
| Büdcə ssudaları | Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti. |
| Büdcə təşkilatı | Büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı. |
| Büdcə təsnifatı | Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, təşkilati və digər prinsiplər əsasında qruplaşdırılması. |
| Büdcə xərcləri | Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait. |
| Büdcədənkənar dövlət fondları | Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları. |
| Büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar | Mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda, bələdiyyələr. |