| Термин | Определение |
|---|---|
| Buraxılış rejimi | Şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan obyektə nəzarətsiz girişi (çıxışı), habelə bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını istisna edən qayda və tədbirlərin məcmusu |
| Buraxılışın dayandırılması | Seçilmiş gömrük rejiminə uyğun olaraq malların buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması. |
| BYD | 1975-ci il BYD Konvensiyasının tələblərinə uyğun müəyyən edilmiş qaydalara riayət etməklə, göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər yüklərin daşınması. |
| BYD kitabçasının sahibi | Konvensiyanın müvafiq müddəalarına əsasən BYD kitabçasının verildiyi və adından göndərən gömrük orqanına BYD prosedurası altında yükün yerləşdirilməsi məqsədi ilə BYD kitabçası şəklində gömrük bəyannaməsinin təqdim edildiyi şəxs. |
| BYD əməliyyatı | Razılığa gələn tərəfin göndərən və ya giriş (aralıq) gömrük orqanından təyinat və ya çıxış (aralıq) gömrük orqanına qədər həyata keçirilən BYD daşımalarının hissəsi. |
| BYD əməliyyatının başa çatması | Razılığa gələn tərəfin gömrük orqanları tərəfindən konkret BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış (aralıq gömrük orqanı) gömrük orqanında mövcud olan məlumatların göndərən və ya giriş (aralıq gömrük orqanı) gömrük orqanlarında mövcud olan məlumatlarla müqayisə edilməsi əsasında müəyyənləşdirilir. |
| BYD əməliyyatının başlanğıcı | Nəzarət məqsədi üçün yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə göndərən və ya giriş (aralıq) gömrük orqanına təqdim olunması və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edilməsi. |
| BYD əməliyyatının dayandırılması | Nəzarət məqsədi üçün yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi. |
| Bədxassəli şiş | İnfiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə. |
| Bədən tərbiyəsi | Ümumi mədəniyyətin ayrılmaz hissəsi olub, insanın sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafına yönəldilmiş sosial fəaliyyət sahələrindən biri. |
| Bələdiyyə | Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və Bələdiyyələrin statusu haqqında Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. |
| Bələdiyyə mülkiyyəti | Bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak. |
| Bələdiyyə orqanları | Səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlar. |
| Bələdiyyə orqanlarının vəzifəli şəxsi | Yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxs. |
| Bələdiyyə qiymətli kağızları | ələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlar. |