| Термин | Определение |
|---|---|
| Bank Sistemi | ölkənin mövcud pul-kredit mexanizmi əsasında fəaliyyət göstərən müxtəlif növ yerli bankların məcmusu. |
| Bank Ssudası | – İstiqrazlar. |
| Bank Sənədi | bank əməliyyatının əks olunduğu, göstərildiyi sənəd. |
| Bank Trattası | bilavasitə bank tərəfindən verilən və təqdim etdiyi zaman sahibinə üzərində göstərilən məbləğdə ödəniş almaq hüququ 39 verən köçürmə veksel, əsasən bank trattası çox etibarlı pul sənədi olduğuna görə nağd pul vəsaiti ilə bərabər tutulur. |
| Bank Vekseli | buraxılmış bank vekselinin üzərində qeyd olunmuş şəxsə və ya onun hüquqi varisinə qoyulmuş müddətdə müəyyən pul vəsaitlərinin ödənilməsi barədə bankın birtərəfli, məcburi sayılmayan öhdəliyidir |
| Bank Xidmətləri | bu xidmətlərə aşağıdakılar aiddir: a) müştərilərin və bank korrespondentlərinin tapşırığı üzrə hesablaş- maları həyata keçirir və kassa xidməti göstərir; b) yerli və xarici müştərilərə və korrespondent – banklara hesab açır və aparır; c) sərmayə sahiblərinin və ya sərəncam verənlərin tapşırığı üzrə kapital qoyuluşunu maliyyələşdirir; ç) müştərilərin tapşırığı əsasında ödəmə sənədləri və qiymətli kağızların alqı-satqısını və onlarla bağlı digər əməliyyatları həyata keçirir; d) üçüncü şəxslərin yerinə, icrası pul formasında nəzərdə tutulmuş zəmanət (zaminlik), qarantiya və digər öhdəlikləri verir; e) müştərinin tapşırığı üzrə xarici valyuta alır; ə) müştərinin tapşırığı ilə qiymətli daşlar, metallar və onlardan düzəldilmiş məmulatlar alır; f) müştərinin tapşırığı üzrə vəsaitlərin cəlb olunması və yerləşdirilməsi, qiymətli kağızların idarə olunması (trast əməliyyatları) ilə məşğul olur; g) broker və məsləhət xidmətləri göstərir, lizinq əməliyyatlarını həyata keçirir. |
| Bank Zəmanət | |
| Bank Əmanət Müqaviləsi | |
| Bank Əmanəti (depozit) | |
| Bank əmanəti müqaviləsi | Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. |
| Bank əməliyyatları | Kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların hərəkətini və ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlar. |
| Bank- Remitent | inkassa əməliyyatları ilə bağlı tapşırıq alan və bununla əlaqədar müxbir banka ödəniş sənədlərini təqdim edən bank. |
| Bank-Akseptant | üzərinə ödənişlə bağlı öhdəlik götürən bank |
| Bank-Diler | |
| Bank-Emitent | emissiya fəaliyyəti ilə məşğul olan bank |