| Термин | Определение |
|---|---|
| Bank-Konsorsium | səhmdarları bərabər paya malik banklar olan ixtisaslaşmış bank |
| Bank-“Drayv-in” | avtomobildən ayrılmadan xidmətlərdən istifadə oluna bilən bank təşkilatı |
| Banka Aidiyyatı Olan Şəxs Adından Hərəkət Edən Şəxslər | aralarında bağladıqları müqavilə əsasında banka aidiyyatı olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi. |
| Banka Aidiyyatı Olan Şəxslər | bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri\arvadı, valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri. |
| Banka aidiyyəti olan şəxslər | Bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri. |
| Bankdaxili Audit | bankdaxili audit xidmətləri tərəfindən bankın iqtisadi fəaliyyətinin müxtəlif cəhətlərinin və müştərilərə xidmətin keyfiyyətinin yoxlanılmasıdır. |
| Bankın Aktivləri | bankın mənfəət əldə etmək məqsədi ilə yerləşdirdiyi vəsaitlər. |
| Bankın filialı | Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsi. |
| Bankın İnvestisiya Portfeli | bank tərəfindən qiymətli kağızlarda yerləşdirilən bütün aktivlərin məcmusu. |
| Bankın Kredit Portfeli | bankın bu və ya digər formada təqdim etdiyi bütün kredit vəsaitlərinin məcmusu. |
| Bankın Kredit Qabiliyyəti Reytinqi | bankların faiz dərəcələrinin səviyyəsini, kreditin istiqamətlərini, borcun xüsusiyyətlərini, qeyd şərtlərini nəzərə almaqla qısa və uzun müddətə kredit vermək imkanlarının xüsusi göstəriciləri. |
| Bankın Likvidliyi | bankın öz öhdəliklərinə, o cümlədən passivlərinə cavab verə bilməsi qabiliyyəti, yəni cəlb etdiyi depozitlərin cədvəl üzrə tam həcmdə ödənişini həyata keçirə bilmək səviyyəsi. |
| Bankın Məcmu Kapitalı (öz vəsaiti) | prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir. |
| Bankın nümayəndəliyi | Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsi. |
| Bankın şöbəsi | Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsi. |