I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Baş Girov

ümumi girov, baş girov o deməkdir ki, o yalnız bu kredit üçün deyil, hətta istənilən sonrakılar üçün də qüvvədədir. 

Baş Kitab

memorial orderləri qeyd etmək üçün nəzərdə tutulmuşdur.

Baş kollektiv saziş

Respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir

Baş Kredit Sərəncamçısı

ayrılan büdcə vəsaitlərinin xərclənməsi və onların müəyyən təyinat üzrə istiqamətləndirməyə başlıca hüquq verilmiş dövlət orqanları və onun rəhbərləridir. Müəssisələrdə baş sərəncamçı adətən direktor və baş mühasib olur. 

Baş Lisenziya

səlahiyyətli dövlət orqanlarının bir və ya bir neçə növ malın idxalı və ya ixracı üçün, müəyyən müddətə miqdar məhdudiyyəti qoymadan verdiyi icazədir. 

Baş Mühasib

bilavasitə müəssisənin və ya təşkilatın rəhbərliyinə daxil olan, onun uçot siyasətini formalaşdıran və həyata keçirən, habelə düzgün uçot sisteminin aparılması ilə bağlı birbaşa məsuliyyət daşıyan vəzifəli şəxs.

Baş narkoloq

Azərbaycan Respublikasının ərazisində narkoloji yardımın həyata keçirilməsini əlaqələndirən həkim–narkoloq.

Baş psixiatr

Psixiatriya yardımı sahəsində ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən mütəxəssis.

Baş yol

Kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yol (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir).

Baş Yük

gəmidə daşınan istənilən qablaşdırılmış istənilən maldır. 

Baxımsız

Təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan.

Bay-bek

1) Yerləşdirilmiş qiymətli kağızların, satılmış əmtəələrin geri satın alınması. 2) Maşın və avadanlıqların kredit şərti ilə verilərək əvəzində hazır məhsulun alınmasından ibarət uzunmüddətli əmtəə mübadiləsi əməliyyatı. 

Baydaun

proqressiv faiz dərəcəsinə malik borc (kredit). Baydaun faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır.

Baytarlıq

Heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi.

Baytarlıq (baytarlıq-sanitariya) qaydaları

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlər.

Go to top