I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Azərbaycan Respublikasının kurort fondu

Dövlət uçotuna alınmış bütün növ təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların məcmusu

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında Baş Dövlət Xəzinədarlığı

AR-də dövlət gəlirlərinin və xərclərinin mərkəzləşdirilmiş qaydada kassa icrasını və bu sahədə digər müvafiq funksiyaları həyat keçirən dövlət maliyyə institutu, hökumət orqanı. 

Azərbaycan Respublikasının milli valyutası

a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli Bankının buraxdığı kağız və metal pul nişanları; b) Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti; v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti.

Babl

1) Uğursuz, baş tutmamış maliyyə əməliyyatı. 2) Müflis elan olunmuş müəssisə.

Bağlanış

1) əməliyyat gününün axırında fond birjasında hazırkı buraxılışa dair son əməliyyatın qiyməti; 2) qiymətli kağızların yeni buraxılışının təqdim olunduğu günü, bütün maraqlı tərəflərin son görüşü; 3) mühasibat balansının hazırlanıb, yekunlaşdırılması.

Bağlı (konvertasiya olunmayan) Valyuta

 bir ölkə daxilində dövr edən və başqa valyuta ilə dəyişdirilməyən milli valyutadır. 

Bağlı Depozit

müştərinin banka bağlı və ya möhürlənmiş şəkildə verdiyi əşya ilə bağlı bank əməliyyatıdır. Bankın həmin əşyanı açmaq ixtiyarı yoxdur.

Balans

müəssisənin müəyyən vaxt ərzindəki maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatının bir növüdür.

Balans Cədvəli

iki hissəyə ayrılmış cədvəl olub, bir tərəfində passivlər (kapital), digər tərəfində aktivlərdir. Balansda passivlərin və aktivlərin cəmi bərabər olur

Balans Dəyəri

şirkətin mühasibat hesablarında qeyd edilmiş aktivlərin dəyəri. 

Balans Gəliri (itkisi)

müəssisənin bütün təsərrüfat əməliyyatlarının və balans bəndlərinin qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş, məhsulların realizasiyasından, əsas vəsaitlərdən, müəssisənin digər əmlakından və realizasiyadan kənar gəlirlərdən bu əməliyyatlar zamanı çəkilən bütün xərcləri çıxdıqdan sonra qalan maliyyə nəticələrinə deyilir. 

Balans Hesabatı

müəssisənin, firmanın konkret bir dövrə, tarixə aktivlərinin, passivlərinin və xüsusi kapitalının xalis dəyərinin yekun hesabatıdır.

Balans İtkiləri

məhsulların realizasiyasından, əsas vəsaitlərdən və müəssisənin digər əmlaklarından, həmçinin realizasiyadan kənar əməliyyatlardan olan itkilərin cəmidir ki, bu da həmin əməliyyatlar üzrə ümumi xərclərdən çəkilir. 

Balans Kəsiri

balansın xərc hissəsinin məbləğinin gəlir hissəsinin məbləğini üstələməsi

Balans Modeli

tənlik və ya tənliklər sistemi şəklində qurulan, balans nisbətini, daxil olan (istifadə edilən, alınan) və bölüşdürülən, işlədilən məhsulu xarakterizə edən iqtisadi-riyazi modeldir, iqtisadiyyatın bütün sahələrində istifadə edilən iqtisadi modeldir. 

Go to top