I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bank Ehtiyatları

kommersiya bankları və digər kredit təşkilatlarının ölkənin mərkəzi bankında, təsbit olunmuş normalar əsasında, məcburi qaydada yerləşdirdikləri vəsaitlər.

Bank ekvayer

Pos-terminalın təsərrüfat subyektində quraşdırılmasını təmin etmiş və Pos-terminal vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün təsərrüfat subyektinə bank hesabı açmış bank.

Bank Faizi

bankın təqdim etdiyi kredit vəsaitlərinə görə aldığı, həmçinin cəlb etdiyi depozitlərə görə verdiyi faiz məbləği. 

Bank Hesabı

müqavilə üzrə bankın və digər kredit təşkilatın müştərinin vəsaitini onun hesabında qorumaq, oraya daxil olan vəsaitlərin sahibinin sərəncamına uyğun istədiyi yerə köçürmək və digər əməliyyatların aparılması üçün götürdüyü öhdəlikdir.

Bank hesabı müqaviləsi

Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

Bank Hesabının Bağlanması

müştərinin xahişi ilə bank hesabı müqaviləsinin pozulmasıdır. Eyni zamanda bank da aşağıdakı hallarda bank hesabı müqaviləsinin pozulmasını tələb edə bilər: 1) müştərinin hesabında qanunla, bank qaydaları və ya müqaviləsi ilə nəzərdə tutulmuş minimal miqdardan az vəsait olduqda; 2) il ərzində həmin hesabda heç bir əməliyyat aparılmadıqda müqavilənin pozulması müştərinin bank hesabının bağlanması üçün əsas sayılır. Hesabda qalan pul qalığı ya müştərinin özünə verilir, ya da onun sərəncamı üzrə başqa hesaba köçürülür. 

Bank Hesablarının Kreditləşdirilməsi

pul vəsaitlərinin olmamasına baxmayaraq bankın, müqaviləyə uyğun olaraq hesaba tələb olunan ödənişi kreditləşdirməsidir.

Bank holdinq şirkəti

Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.

Bank Hüququ

ölkədə bank sisteminin, o cümlədən mərkəzi bankın və kommersiya banklarının, habelə digər kredit institutlarının fəaliyyətini, eyni zamanda bank sistemi ilə bağlı ictimai münasibətləri tənzimləyən qanunvericilik kompleksi. 

Bank İnvestisiyası

iqtisadiyyatın müxtəlif sahələrinə birbaşa investisiyalar şəklində, qiymətli kağızlara portfel investisiyası şəklində yatırılan bank vəsaitləri. 

Bank İşi

banklar, bank fəaliyyəti, bank siyasəti, bank əməliyyatı, habelə bank sistemi ilə bağlı nəzəri və praktiki biliklərin məcmusu.

Bank Kapitalı

 1) Bankların şəxsi kapitalı. Bu, bankın ümumi kapitalından cəlb olunan kapitalın çıxılması kimi hesablanır. 2) Bankın əməliyyat apardığı ümumi pul kapitalının məcmusu. 

Bank kitabçası

Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

Bank Köçürməsi

bir şəxsin (köçürmə verən) müəyyən vəsaitinin başqa şəxsin (köçürmə alan) hesabına köçürülməsi üçün verilən bank sərəncamıdır

Bank krediti

Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Go to top