| Термин | Определение |
|---|---|
| Balans Mənfəəti | müəssisənin, firmanın əsas vəsaitlərinin bütün 33 obyektlərinin balans cədvəllərində əks etdirilən və onun balansına daxil edilən dəyəridir |
| Balans Transferti | mülk sahibi tərəfindən şəxsiyyəti göstərmədən adlı kağızı imzalamaqla, mülkiyyət hüququnun verilməsi sənədidir. |
| Balansdankənar Hesab | 1) bankın mühasibat uçotunda bankın aktivlərinə aid olmayan dəyərlər, habelə pul sənədləri və əməliyyat aparılması üçün sərəncamlar nəzərə alınan hesabdır. 2) valyutanı geri almaq hüququ verən bank hesabıdır. Bu hesabda satılmış valyuta vəsaitlərinin manatla miqdarı göstərilir. |
| Balanslaşdıran Göstəricilər | bank balansının passivində yaranan resurslara ekvivalent olan vəsaitlər. |
| Balanslaşdırılmış Büdcə | gəlir və xərc arasında heç bir fərq olmayan büdcədir, daha doğrusu kəsiri olmayan büdcədir. |
| Balanslaşdırmaq | mühasibata aid olmaqla balans tərtib etmək deməkdir |
| Balıq ehtiyatları | Su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi. |
| Balıq təsərrüfatı meliorasiyası | Su hövzələrinin çirklənməsinin, zibillənməsinin və lilləşməsinin qarşısının alınması, sərt gövdəli su bitkilərindən təmizlənməsi, suların aerasiyası, habelə balıqların, digər su heyvanları və bitkilərinin məskunlaşdığı, qidalandığı, nəsil artırdığı və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması. |
| Balıqartırma | Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, habelə balıqyetişdirmə texnologiyasının bioloji əsaslarının öyrənilməsi. |
| Balıqçılıq | Su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji,biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi. |
| Balıqmühafizə | Balıqların, digər su heyvanları və bitkilərinin mühafizə olunmasına, qorunmasına, onların ovunun tənzimlənməsinə, artırılmasına, bərpasına və balıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət. |
| Balıqyetişdirmə | Balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilməsi və bəslənməsi. |
| Balloter | açıq və ya gizli səsvermə yolu ilə birja əməliyyatları ilə bağlı mübahisəli məsələlərin həlli variantı. |
| Ban | Rumuniyada xırda monet 1BAN=10 LEY |
| Banderol | Pul dəstləri bağlamaq üçün Milli Bank tərəfindən təsdiq edilmiş vahid normalı kağız lent. |