I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bankir Proviziyası

dövlət istiqrazlarının yerləşdirilməsində iştirak etməklə, bankların və bank idarələrinin aldığı komisyon mükafatının növüdür. Bu təşkilatlar vasitəçi-komisyonçu kimi xidmət göstərməklə istiqraz dəyərindən müəyyən faizlər götürürlər

Banklar Bankı

ölkənin bank kredit sistemində hakim mövqeyə malik, digər bankların fəaliyyətini tənzimləyən, onlara kreditlər təqdim edən, onların vəsaitlərini müvəqqəti cəlb edən mərkəzi bank

Banklar Qrupu

buraxılacaq qiymətli kağızlara abunə prosesində fərdi maliyyə məsuliyyətini qəbul edən, daha doğrusu, əvvəlcədən razılaşdırılmış emitent qiyməti üzrə müəyyən vaxtda buraxılışın müəyyən hissəsinə öz adına olan investisiya dilerləri qrupudur

Banklar Üçün İqtisadi Normativlər

pul dövriyyəsinin idarə edilməsi və bank əməliyyatlarının tənzimlənməsi metodlarıdır

Banklararası Depozit

bir bank tərəfindən digər banka yatırılan depozit.

Banklararası Kredit

kredit müqaviləsinə görə borc götürən bank, həmin vəsaiti öz təsərrüfat tələblərini maliyyələşdirməyə deyil, öz müştərilərinə borc vermək üçün götürdüyü kredit formasıdır.

Banklararası Pul Bazarı

Banklararası qısamüddətli (bir gündən 1 ilədək) kredit və depozit bazarıdır.

Banklararası Valyuta Birjası

ölkənin mərkəzi bankının lisenziyası əsasında xarici valyutaların alqı-satqısını həyata keçirən ixtisaslaşmış birja. 

Banklararası Valyuta Birjası

ölkənin mərkəzi bankının lisenziyası əsasında xarici valyutaların alqı-satqısını həyata keçirən ixtisaslaşmış birja.

Banklarda mühasibat uçotu

Bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi.

Banklardan Kənar Nağd Pul

Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan pullar istisna olmaqla Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd puldur.

Bankların Amalqamasiyası

bank kapitalının mərkəzləşdirilməsi formalarından biri olub, rəqabət mübarizəsi prosesində iki və daha çox müstəqil bankların birləşməsidir. Amalqamasiya iki cür olur: 1) bir böyük bankın digərini udması; 2) bankların birləşməsi ilə yeni bankın yaranması. 

Bankların birləşməsi

Bir bankın digər bankla birləşməsi və ya digər bankın xalis aktivləri və əməliyyatları üzərində nəzarətin əldə edilməsi nəticəsində ayrı-ayrı bankların bir bank şəklində birləşməsidir.

Bankların Fond Əməliyyatları

bankların qiymətli kağızlarla apardığı əməliyyatlar: qiymətli kağızların alınması və satılması, qiymətli kağızların girov qoyulması əsasında kreditləşmə, yenidən buraxılmış qiymətli kağızların yerləşdirilməsi, müştərilərin qiymətli kağızlarının saxlanması və idarə edilməsi.

Bankların Məcburi Ehtiyatları

kommersiya banklarının və başqa kredit təsisatlarının Mərkəzi Bankda məcburi ehtiyat normalarına müvafiq özlərinin bəzi əməliyyatlarının təminatı kimi saxlamalı olduqları vəsaitləri. 

Go to top