I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Banderol

1) Vergi və rüsuma cəlb edilən bir sıra əmtəələrin, malların üzərinə yapışdırılmış etiket (kağız) 2) Banklarda, digər kredit təşkilatlarında pul əskinazlarını, qiymətli kağızları və s. –ni dəstələmək üçün istifadə edilən möhkəm, şəffaf lent

Banderol Yığımı

vergiyə, rüsumlara cəlb edilən əmtəələrin üzərinə yapışdırılan banderolların satışı vasitəsilə əldə edilən vasitəli vergi (aksiz).

Banditizm

Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə.

Bank

Fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs.

Bank

fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və 34 hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. 

Bank Aksepti

bank tərəfindən borc sənədləri üzrə məbləğin ödənilməsi barəsində razılığın verilməsi, yaxud həmin məbləğin ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi

Bank Akseptləri Bazarı

borc kapitalı bazarının bir hissəsidir. 

Bank Akseptləşdirməsi

tədiyyə sənədlərinin ödənilməsinə bankın razılıq verməsi və ödəniş üçün zəmanətin müəyyən forması, akseptant bankın sənədləri üzərində müvafiq dərkənar şəklində rəsmiləşdirilir

Bank Auditi

bankın və ya bank filialının maliyyə təsərrüfat fəaliyyətinin təhlili

Bank Balansı

bankın şəxsi və cəlb edilmiş vəsaitlərinin və yerləşdirdiyi vəsaitlərinin durumu haqqında məlumatları əks etdirən mühasibat balansı

Bank Balansının Likvidliyi

müəyyən edilmiş müddətlər üzrə bankın balansının aktiv və passivləri arasındakı nisbətidir. Aktiv və passivlər arasında bərabərliyə nail olunduqda balans likvid hesab edilir

Bank Bileti

1) Mərkəzi bank tərəfindən tədavülə buraxılan pul nişanı, əskinaz. 2) Bank tərəfindən emissiya edilən tədiyyə vasitəsi

Bank Çeki

bank tərəfindən avans, zəmanət və bu kimi müxtəlif formalarda kommersiya ödənişlərini reallaşdırmaq məqsədi ilə istifadə olunan çek

Bank Deklarasiyası

bank tərəfindən səlahiyyətli dövlət orqanına, o cümlədən ölkənin mərkəzi bankına təqdim olunan, özünün fəaliyyət istiqaməti və bununla bağlı digər məlumatları əks etdirən bank sənədi, bəyannamə

Bank Diversifikasiyası

bank aktivlərinin müxtəlif subyektlər arasında yerləşdirilməsi, yəni bank borcalanlarının sayının artırılması. 

Go to top