"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Baytarlıq fəaliyyəti

Qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü.

Baytarlıq preparatları

Yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr.

Baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat vəsiqəsinin verilməsi.

Baytarlıq preparatlarının dövlət reyestri

Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı.

Baytarlıq preparatlarının dövriyyəsi

Baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi.

Baytarlıq sənədləri

Dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə və sertifikatları.

Baytarlıq təbabəti

Heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi.

Baza

digər analitik göstəricilərlə müqayisə baxımından əsas rolunu oynayan, müəyyən dövrə aid iqtisadi göstəricilər.

Baza İli

digər illərdə qüvvədə olan, fəaliyyət göstərən qiymətlərlə müqayisə üçün qiymətlər indeksinin qurulmasında, müəyyən edilməsində əsas baza kimi götürülən il.

Baza İnflyasiya

Qiymətləri dövlət tərəfindən tənzimlənən malların qiymətlərinin dəyişməsindən və mövsümi amillərdən təmizlənmiş inflyasiyadır. 

Baza Norması

kommersiya banklarının ssuda üzrə qoyduğu faiz dərəcəsidir

Baza Rentabelliyi

Məhsulların satışından istehsal xərclərini çıxdıqdan sonra, mənfəət əldə edilməsi ilə təmin olunmuş müəssisə gəlirləridir

Bazar

1) Aktivlərin alqı-satqısı üzrə mübadilə sferasında sosialiqtisadi münasibətlərin məcmusu. 2) Məhsulların alqı-satqısı üzrə mübadilə proseslərinin həyata keçirildiyi fiziki məkan, institut. Məs., kolxoz, fond birjası və s. 

Bazar Dəyəri

hər bir konkret anda əmtəə və xidmətlərin, o cümlədən birja əmtəələrinin, fond qiymətlilərinin və valyutanın bazardakı tələblə təklif əsasında müəyyən edildiyi cari dəyər. 

Bazar İndeksi

qiymətlərin buraxılmış səhmlərə olan nisbətini də daxil edən bazar dinamikasının ümumi göstəricisi.

Go to top