| Термин | Определение |
|---|---|
| Bazar İnfrastrukturu | bazar iqtisadiyyatı şəraitində bazar münasibətlərinin subyektləri arasında qarşılıqlı əlaqə yaradan 45 bütün növ mülkiyyət formaları, şirkətlər, müəssisələr, firmalar və s. ayrı-ayrı bazarlar üzrə bazar infrastrukturu mövcuddur |
| Bazar İqtisadiyyatı | azad sahibkarlıq, istehsal vasitələrinə mülkiyyətin çoxformalılığı, bazar qiymətqoyması, təsərrüfat subyektləri arasında müqavilə münasibətləri, dövlətin təsərrüfat fəaliyyətinə məhdud müdaxiləsi əsasında qurulmuş iqtisadiyyat. |
| Bazar Ölçülərinin Böyüməsi Effekti (səmərəsi) | beynəlxalq ticarətin təsiri altında inhisarçı rəqabət bazarının böyüməsi nəticə- sində, istehlakçılar avtarkiya şəraiti ilə müqayisədə daha ucuz qiymətə geniş ml çeşidlərini ala bilmək imkanını qazanmasıdır |
| Bazar Özünütənzimləməsi | tələblə təklifin qarşılıqlı əlaqəsi bazar mexanizminin əmtəələrin qiymətinə, istehsal və satış həcminə, istehlak səviyyəsinə, istehsalın səmərəliliyinə və işin keyfiyyətinə avtomatik təsiri. |
| Bazar qiyməti | Malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti. |
| Bazar Tarazlığı | müəyyən vaxtda və müəyyən bazarda müəyyən əmtəə üzrə tələb və təklifin təxminən bərabər olması |
| Bazarın Dərinliyi | bazar fəaliyyətinin ölçüsüdür |
| Bazarın Genişliyi” | qiymətləri təyin edilən kağızların sayıdır. |
| Bazarın Görünməyən Əli | elmə A.Smit tərəfindən gətirilmiş termin olub, mahiyyəti: – fərdin öz şəxsi gəliri üçün göstərdiyi cəhddə hər hansı bir məhdudiyyətlə qarşılaşmaması avtomatik olaraq bütünlükdə cəmiyyətin gəlirlərinin artmasına səbəb olur-deməkdir. |
| Bazarın Seqmentləşməsi | satılan əmtəənin növü, ərazi məskunlaşması, təmsil olunmuş alıcıların tipi, sosial əlamətlərə görə bazarın ayrı-ayrı hissələrə bölgüsü. |
| Bazarın subyektləri | Bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və idarəetmə orqanları. |
| Bazarın Tutumu | müəyyən malın bazarda verilmiş dövr ərzində potensial mümkün olan satış həcmi. |
| Bazarın Tənzimlənməsi Alətləri | ölkə təsərrüfatında proporsionallığın, tarazlığın təmin edilməsi, sosial təzminatlar sisteminin yaradılması üçün dövlətin tətbiq etdiyi üsullar (vergi, kredit, bank faizi, qiymət hədləri və investisiyalar). |
| Bazis | 1) Hər hansı münasibətin, işin, fəaliyyətin və s.-nin əsası, təməli, kökü, bazası və s. 2) Real əmtəənin qiyməti ilə birja kotirovkaları arasındakı fərq |
| Bazis Mənfəət | müəyyən hesabat dövrü ərzində (rüb, il və s.) planlaşdırılan (öncədən nəzərdə tutulan, gözlənilən) mənfəət. |