| Термин | Определение |
|---|---|
| Beynəlxalq Birja | bir dövlətin sərhədləri daxilində deyil, bilavasitə dünya bazarında fəaliyyət göstərən birja. |
| Beynəlxalq Biznes | müəssisələrin öz əmtəə və xidmətləri ilə beynəlxalq bazarlara yayılmasının müxtəlif yolları. |
| Beynəlxalq daşıma | Yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır. |
| Beynəlxalq Fond Birjaları Federasiyası | əsas məqsədi bütün səhmdarlar üçün bərabər hüquqların təmin edilməsi və qiymətli kağızların bazar strukturlarının əlaqələndirilməsi olan təşkilat. Parisdə yerləşir |
| Beynəlxalq Fərdi Hüquq Üzrə Haaqa Konfransı | 1951-ci ildə nizamnaməsi qəbul edilib, 1955-ci ildə qüvvəyə minib. 45 dövlət 48 onu qəbul edib. Konfrans tərəfindən beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq olunan hüquq haqqında Konvensiya işlənib, qəbul olundu. Bu, Haaqa konvensiyası adlanır. Bu, konvensiya beynəlxalq alqı-satqı sazişlərinin bağlanılması və yerinə yetirilməsinin vahid şəkilə salınmasında mühüm rol oynadı. |
| Beynəlxalq hava daşımaları | Yola düşmə və təyinat məntəqələri müvafiq olaraq iki dövlətin ərazisində, yaxud bir ölkə ərazisində olmaqla, enmə məntəqəsi digər dövlətin ərazisində nəzərdə tutulan hava daşımaları. |
| Beynəlxalq hava limanı | Respublikanın ərazisində beynəlxalq hava daşımaları yerinə yetirən hava gəmilərinin qəbulu və yola salınması üçün ayırdığı, gömrük, immiqrasiya, sanitar, karantin (heyvanlar və bitgilər daşınarkən) və analoji proseduralar həyata keçirilən hava limanı. |
| Beynəlxalq Hesablaşma Balansı | müəyyən zaman müddətində hər hansı bir ölkənin digər ölkələrlə münasibətdə pul daxilolmaları və ödəmələri arasındakı nisbət. |
| Beynəlxalq Hesablaşma Bankı | 1930-cu ildə 6 ölkənin (Yaponiya, Böyük Britaniya, Belçika, Almaniya, Fransa və İtaliya) mərkəzi banklarının Haaqa razılaşması əsasında yaradılan beynəlxalq maliyyə kredit təşkilatı. ABŞ banklar qrupu da 1975-ci ildən bu maliyyə institutuna qoşulmuşdur. Beynəlxalq Hesablaşma Bankının başlıca məqsədi beynəlxalq maliyyə kredit əməliyyatlarını sürətləndirmək, üzv ölkələrin mərkəzi bankları arasında sıx qarşılıqlı əlaqəni təmin etməkdən ibarətdi |
| Beynəlxalq İcarə Əməliyyatı | icarəyə verənin ölkəsinin sərhədlərindən keçmiş əmtəələrin haqla istifadəyə verilməsini nəzərdə tutan əməliyyatlardır |
| Beynəlxalq İcarənin Növləri | beynəlxalq təcrübədə müddətindən asılı olaraq icarəni üç növə bölürlər: uzunmüddətli – əmtəənin 3 ildən 5 ilədək kirayəyə verilməsidir. Bəzi avadanlıqlar üçün bu müddət 15-20 ilədək təşkil edə bilər. İcarənin bu növü lizinq (ingiliscədən kirayə vermək deməkdir) adlanır; ortamüddətli – əmtəənin 1 ildən 2-3 ilədək kirayəyə verilməsidir və xayrinq adlanır; qısamüddətli – əmtəələrin bir neçə saatdan bir neçə günə, aya və bir ilədək kirayəyə verilməsidir. İcarənin bu növü əksər ölkələrdə reyninq adlanır |
| Beynəlxalq İnkişaf Assosiasiyası | yalnız inzibati xərclərin ödənilməsinə sərf edilmək məqsədi ilə 25% komisyon xərcləri almaqla beynəlxalq inkişaf və yenidənqurma bankının iştirakçıları olan zəif inkişaf etmiş ölkələrə faizsiz kredit verən təşkilatdır. |
| Beynəlxalq İqtisadiyyat | müasir iqtisadi nəzəriyyənin sərbəst sahəsi olub, milli iqtisadiyyatın qarşılıqlı əlqələrinin aşağıdakı qanunauyğunluqlarını öyrənir: dünya birliyi daxilində malların, 49 xidmət və ödənişlərin axın hərəkətini; bu axını müəyyənləşdirən və tənzimləyən iqtisadi siyasəti və onların cəmiyyətin rifah səviyyəsinə təsirini. |
| Beynəlxalq Kredit | beynəlxalq səviyyədə həyata keçirilən kredit münasibət |
| Beynəlxalq Makroiqtisadiyyat | beynəlxalq iqtisadiyyatın bölməsi olub, açıq iqtisadi modelləri və bütünlükdə dünya təsərrüfatının inkişaf qanunauyğunluqlarını öyrənir. |