"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bazis Qiyməti

standart keyfiyyətli malın qiymətidir. 

Bazis Şərtləri

Malın nəqliyyat vasitəsinə görə vəziyyətini müəyyənləşdirən şərtlərdən asılı olaraq, sövdələşmədə tərəflərin 46 əsas hüquq və vəzifələridir. Beynəlxalq ticarət terminlərinin təfsiri “İnkoterms” qaydalar toplusu olub, məqsədi müxtəlif ölkələrdə bu terminlərin izahındakı yanlışlıqları aradan qaldırmaqdır. E qrupu – EXW – alıcı malı satıcının anbarına qəbul edir. F qrupu – FSA, FAS, FOB – satıcı malı alıcıya çatdırır. S qrupu – CİF, CFK, CPT, CİP – satıcı malın çatdırılması ilə əlaqədar müqavilə bağlayır, amma malın daşınması zamanı heç bir riskə cavabdeh deyildir. D qrupu – DAF, DES, DEQ, DDU, DDR – məhsul alıcıya çatana qədər bütün riskə satıcı cavabdehdir. 

Bazis Valyuta

digər valyutaların dəyərinin müəyyən edilməsində istifadə olunan valyuta

BB Xətti

ödəniş balansının tarazlığını təmin edən istehsalın faiz dərəcələri ilə daxili həcminin kombinasiyasıdır.

Beh

Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği.

Bek-ofis

Frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsi.

Belle Paradoksu

fransalı nəzəriyyəçi J.Bellenin yanaşmasına görə kapital hesabı bir tərəfdən müəssisənin şəxsi vəsaitlərini əks etdirir, digər tərəfdən isə müəssisənin müəssisə sahibkarlarına kredit borcunun hesabı kimi çıxış edir. 

Benefisiar

Pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir.

Benefit

1) Hər hansı müqaviləyə əsasən pul ödənişi almaq hüququ. 2) Şəxsi sığorta ilə bağlı münasibətlərdə sığorta riskinin uğurlu sonluğu ilə əlaqədar ödənilən əlavə sığorta məbləği.

Benilüks

1958-ci ildə 50 illik müddətə üç Avropa dövləti – Belçika, Hollandiya və Lüksemburq tərəfindən təsis edilən, 1960- cı ildən fəaliyyətə başlayan iqtisadi-gömrük ittifaqı. 

Bessa

maliyyə bazarında, o cümlədən birjada qiymətli kağızların, eləcə də digər maliyyə alətlərinin məzənnəsinin aşağı düşməsi. 

Beta

qiymətli kağızın kursunun dəyişməsi ilə ümumi bazar kursunun dəyişməsi arasında kəmiyyət nisbətini ifadə edən ölçü vahidi.

Beyker Planı

1985-ci ildə ABŞ-ın Reyqan administrasiyasının xəzinə naziri Beyker tərəfindən üçüncü dünya ölkələrinin xarici borc probleminin həlli üçün təqdim olunan və həyata keçirilən plan. XX əsrin ikinci yarısından başlayaraq inkişaf etmiş kapitalist dövlətlərindən üçüncü dünya ölkələrinə böyük həcmdə xarici kredit axını son nəticədə həmin ölkələri ağır borc böhranına sürüklədi.

Beynəlxalq (xarici) müşahidəçi
Seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs.
Beynəlxalq Bazar

milli bazarın xarici istiqamətlənmə hissəsidir

Go to top