"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Birgə müəssisə

Müqavilə razılaşması əsasında iqtisadi fəaliyyət üzərində birgə nəzarət həyata keçirən iki və ya daha çox müəssisə.

Birgə əmanət hesabı

İki və ya daha çox fiziki şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.

Birinci instansiya məhkəməsi

Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmə.

birja möhtəkiri. Aut-Treyd

hər hansı çatışmazlıq və ya səhv nəticəsində uğursuz birja sazişi əməliyyatı. 

Birja əmtəəsi

Birja tərəfindən müəyyənləşdirilmiş qaydada birja ticarətinə buraxılmış və dövriyyədən çıxarılmamış əmtəə, o cümlədən həmin əmtəə üzrə standart kontraktdır. Hər hansı daşınmaz əmlak və ya əqli mülkiyyətin obyekti birja əmtəəsi ola bilməz.

Birja əqdi

Birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir).

Bitki karantini (fitosanitar karantin)

Bitkilərin, onların emalı məhsullarının, toxumların, əkin materiallarının, bitki və digər mənşəli məhsulların və yüklərin karantin obyektlərindən mühafizəsinə yönəldilmiş dövlət tədbirlər sistemini nəzərdə tutan hüquqi rejim.

Bitki materialı

Sortu yaymaq məqsədi daşıyan bitki toxumları, soğanaqları, yumruları, çubuqları və digər hissələri.

Böhtan

Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma.

Bölünməz əşyalar

Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalar.

Borclu müəssisə

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya keçmişdə fəaliyyət göstərmiş və borcu olan hüquqi şəxs.

Borclunun əmlakı

İflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlak (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir).

Brakonyerlik

Qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.

Brendi (konyak)

Süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqolu içki.

Broker

Birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin hesabına bağlanmasını həyata keçirən birja vasitəçisi.

Go to top