| Термин | Определение |
|---|---|
| Beynəlxalq yol hərəkəti | Bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkəti. |
| Beynəlxalq Əlaqələr | bu və ya digər dövlətin, şirkətin, firmanın, hüquqi və ya fiziki şəxsin digər dövlətdən olan tərəfdaşlar ilə yaratdığı iqtisadi əlaqələr və əməkdaşlıqdır. |
| Beynəlxalq Əmtəə Birjaları | keyfiyyətcə oxşar və qarşılıqlı əvəz edilə bilən xammal və ərzaq məhsullarının kütləvi şəkildə alqı- satqısı sövdələşmələrinin həyata keçirildiyi daimi fəaliyyətdə olan bazarın bir növüdür. |
| Beynəlxalq Əmtəə Hərracları | alıcı tərəfindən əvvəlcədən baxılıb bəyənilmiş, ən çox qiymət verən alıcının mülkiyyətinə keçən malların əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və xüsusi ayrılmış yerdə açıq torqlar yolu ilə satışı üçün xüsusi olaraq təşkil edilmiş və dövrü olaraq müəyyən yerlərdə təşkil olunan bazardır. |
| Beynəlxalq Əmək Bölgüsü | ayrı-ayrı ölkələr arasında müəyyən məhsulların istehsalına görə ixtisaslaşmasıdır |
| Beynəlxalq Əmək Təşkilatı | 1919-cu ildə yaradılmış beynəlxalq təşkilatdır. Bu təşkilatın qərargahı Cenevrədə yerləşir. BMT-nin xüsusi bölməsini təmsil edir (1946-cı ildən), müxtəlif ölkələrin əhalisinin əmək və sosial təminatı şəraitinin yaxşılaşdırılması problemləri ilə, əmək qanunvericiliyinə dair tövsiyələrin hazırlanması ilə məşğul olur. |
| Biometrik identifikasiya | Biometrik informasiya ehtiyatında verilmiş biometrik məlumatın mənsub olduğu şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər |
| Biometrik informasiya | İdentifikasiya və verifikasiya məqsədi ilə informasiya sistemlərində toplanılan, saxlanılan, işlənilən və ötürülən biometrik məlumatlar |
| Biometrik informasiya ehtiyatı | Fərdi məlumatların informasiya ehtiyatlarının tərkibində biometrik məlumatlar olan resurslar |
| Biometrik informasiya xidmətləri | Biometrik informasiya ehtiyatlarının müəyyən olunmuş istiqamətlərdə toplanılması, işlənilməsi və mübadiləsi üzrə fəaliyyət |
| Biometrik məlumatlar | İdentifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar |
| Biometrik məlumatların subyekti | Barəsində biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi həyata keçirilən identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs |
| Biometrik texnologiyalar | İnformasiya prosesləri zamanı istifadə edilən biometrik məlumatlarla əlaqədar olan informasiya texnologiyaları |
| Biometrik verifikasiya | Verilmiş biometrik məlumatla biometrik informasiya ehtiyatında olan biometrik məlumatın müqayisəsi üzrə tədbirlər |
| Birgə kredit | Bankla borcalan arasında bağlanan müqavilə əsasında verilmiş kredit üzrə tələblər və müvafiq olaraq risklər bir və bir neçə bank arasında bölüşdürülmüş kredit. |