I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Beynəlxalq Maliyyə Korporasiyası

üzv ölkələrin sənaye sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq, eləcə də həmin ölkələrdə özəl sektoru möhkəmləndirmək və genişləndirmək məqsədi ilə 1956-cı ildə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı kimi yaradılan beynəlxalq maliyyə kredit institutu. BYİB-in əsas fəaliyyətindən fərqli olaraq, BMK üzv ölkələrə yönəltdiyi kreditlər üçün hökumət zəmanəti tələb etmir, beləcə bütün kredit riskini öz üzərinə götürür.

Beynəlxalq Mikroiqtisadiyyat

beynəlxalq iqtisadiyyatın bölməsi olub, mal və istehsal faktorlarının ölkələrarası yerdəyişməsi qanunauyğunluqlarını, həmçinin onların bazar xüsusiyyətlərini öyrənir. 

Beynəlxalq mülki aviasiya

Beynəlxalq uçuşları təmin edən hava gəmiləri, aeroportlar, naviqasiya və rabitənin yerüstü obyektləri.

Beynəlxalq ödəniş kartı

Beynəlxalq kart təşkilatlarının (Visa, Master Card və s.) üzvü olan Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və yaxud xarici banklar tərəfindən emissiya edilmiş, beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kart.

Beynəlxalq poçt göndərişləri

Azərbaycan Respublikasından xaricə göndərilən və Azərbaycan Respublikasına daxil olan, həmçinin respublika ərazisindən keçməklə tranzit göndərilən poçt göndərişləridir. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir: poçt kartları (sadə və sifarişli); məktublar (sadə, sifarişli və qiyməti elan olunmuş); banderollar (sadə, sifarişli, qiymətli); kiçik paketlər (sadə və sifarişli); xüsusi M kisələri (sadə və sifarişli); beynəlxalq poçt bağlamaları (adi və qiyməti elan olunmuş); EMS göndərişləri — fiziki cəhətdən ən sürətli yolla göndərilən, tərkibi yazışmalar, sənədlər və müxtəlif mallardan ibarət olan poçt göndərişləri.

Beynəlxalq Poçt Mübadiləsi Məntəqələri

Beynəlxalq nəqliyyat vasitələri ilə birbaşa depeş mübadiləsini aparan poçt istehsalat sahəsidir. BPMM-nin funksiyasını Azərbaycan Respublikasının gömrük sərhədlərinin yaxınlığında yerləşən poçt müəssisələri yerinə yetirirlər.

Beynəlxalq poçt mübadiləsi məntəqəsi

Beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer.

Beynəlxalq poçt mübadiləsi yeri

Beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti.

Beynəlxalq Poçt Əlaqəsi

müxtəlif dövlətlərin yurisdiksiyası altında yerləşən poçt rabitəsi təşkilatları arasında poçt göndərişlərinin mübadiləsidir.

Beynəlxalq Qarşılıqlı Əməliyyatlar

ixrac – idxal əməliyyatlarının inkişaf etdirilməsi məqsədilə tərəflərin öz üzərilərinə əlavə öhdəliklər götürməsi ilə həyata keçirilən əməliyyatlar beynəlxalq qarşılıqlı əməliyyatlar adlanır

Beynəlxalq Qızıl Standartı

XIX əsrdə və XX əsrin əvvəlində qüvvədə olan beynəlxalq valyuta sistemi. Ona əsasən, əsas ödəmə vasitəsi qızıl idi, milli pul vahidinin dəyəri isə qızılın müəyyən miqdarı ilə ifadə olunurdu.

Beynəlxalq standartlar

Dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələr.

Beynəlxalq terror fəaliyyəti

Terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyət.

Beynəlxalq uçuş

Xarici dövlətin sərhədini keçməklə həyata keçirilən planlı və faktiki uçuş.

Beynəlxalq uçuşlar (reyslər)

Azərbaycan Respublikasının və digər dövlətin sərhədlərini keçməklə, hava gəmiləri vasitəsilə yerinə yetirilən uçuşlar.

Go to top