I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Açıq Devalvasiya

dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edilməsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.

Açıq Ehtiyat

maliyyə hesabatında göstərilən ehtiyat kapitalı

Açıq Faktorinq

faktorinq əməliyyatının xüsusi forması. Burada kreditor tərəf faktor-banka, yaxud faktor-firmaya borc sənədləri haqqında məlumat təqdim etdikdən sonra ikinci tərəf borc məbləğinin 80%-ni eyni zamanda kredit formasında ödəyir. 

Açıq Hesabat

müəssisənin, firmanın, şirkətin açıq mühasibat hesabatı.

Açıq İnhisar

bazarda hansısa məhsulun yeganə satıcısı olan, lakin rəqabətdən, məsələn, patent şəklində xüsusi müdafiəsi olmayan inhisar.

Açıq İqtisadiyyat

xarici ölkələrlə idxal, ixrac və maliyyə əməliyyatları vasitəsilə əlaqədə olan milli iqtisadiyyatdır

Açıq İrrequlyar Depozit –

müştərinin banka müəyyən miqdarda pul və ya digər qarşılıqlı mübadilə oluna bilən əmlak verməklə (o cümlədən, adsız qiymətli kağız), əvəzində bankın həmin əmlakı deyil, o dəyərdə pul məbləğini qaytaracağı barədə öhdəliyin götürülməsi ilə bağlı açıq depozitin bir növüdür (irrequlyar mühafizə müqaviləsi).

Açıq Kontrakt

birjada günün sonuna ləğv edilməyən kontrakt, məsələn, satılmış, lakin ödənilməmiş, yaxud alınmış lakin satqı ilə ləğv edilməmiş kontrakt

Açıq Kredit

daimi kontragentlər arasındakı hesablaşmalarda tətbiq edilən kommersiya krediti. Bu cür kredit üzrə borc məbləğləri alıcının hesabına sənədli rəsmiləşdirmə olmadan yazılır. 

Açıq Requlyar Depozit

müştəri tərəfindən banka verilmiş qiymətli kağızların, müqavilədə birbaşa göstəriş olmadığı halda, 7 bankda müştərinin əmlakı kimi qalması barədə bank öhdəliyinin götürüldüyü açıq depozit növüdür (müntəzəm mühafizə müqaviləsi).

Açıq Satış

1) Birjada əqdlərin hər bir birja üzvünün iştirak hüququ olmaqla sərbəst bağlanılması; 2) Hər bir iştirak etmək istəyənə geniş elan verildiyi və hər bir kəsin sərbəst buraxıldığı hərrac.

Açıq Sistem

Xarici mühitlə əlaqəsi (informasiya, iqtisadi və s.) olan sistem. Belə əlaqə həmin sistemin, o cümlədən təşkilatların səmər sistemləridir

Açıq Səhmdar Cəmiyyəti

səhmdar cəmiyyətinin iştirakçıları tərəfindən onlara mənsub səhmləri digər səhmdarların razılığı tələb edilmədən özgəninkiləşdirilə, o cümlədən satıla bilinən səhmdar cəmiyyət.

Açıq səhmdar cəmiyyəti

Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

 

Açıq Tapşırıq

brokerə verilmiş, icra edilənə, yaxud ləğv edilənə qədər qüvvədə olan tapşırıq

Go to top