| Термин | Определение |
|---|---|
| Agent | geniş mənada başqa şəxsin yerinə, onun nəzarəti altında işləyən şəxsdir; dar mənada sövdələşmənin bağlanması və sair işlərin görülməsi üçün haqla tutulmuş səlahiyyətli şəxsdir. |
| Agent Bank | 1) Müxtəlif iqtisadi subyektlər tərəfindən istiqraz buraxılışı barəsində tapşırıq almış bank. 2) İri müştəriləri tərəfindən onların maraqları naminə müxtəlif istiqamətli 11 əməliyyatlar aparmağa vəkil edilmiş (müvəkkil) bank. |
| Agent Firmaları | müqavilənin şərtindən asılı olaraq prinsipialın adından və onun hesabına özü sövdələşmələr bağlayan, yaxud da sövdələşmələrin bağlanmasında yalnız vasitəçilik edən firmalardır. |
| Agent Haqqı | agentin həyata keçirildiyi vasitəçilik xidmətlərinin müqabilində həmin agenti cəlb etmiş firma, şəxs tərəfindən agentə verilən haqq. |
| Agent Sazişi | Agent sazişinin şərtinə uyğun olaraq prinsipialın (digər şəxsin) adından və onun maraqları çərçivəsində sazişin şərtlərindən irəli gələn müvafiq öhdəlikləri (tapşırıqları) yerinə yetirilməsi haqqında fiziki və ya hüquqi şəxslə bağlanmış saziş. |
| Agent Əməliyyatı | maliyyə üzrə dilerin göstərdiyi xidmətdir |
| Agent-Transfer | qiymətli kağızlar bazarında registratorla (qiymətli kağızlar bazarında iştirakçı şəxslərin qeydiyyatını aparan peşəkar iştirakçı ilə) qeydiyyatdan keçən şəxslər və ya onların səlahiyyətli nümayəndələri arasında vasitəçilik funksiyasını həyata keçirən hüquqi şəxs. |
| Agentlik | müəyyən hüquqi və fiziki şəxslərin tapşırığını yerni yetirən təşkilatdır. Bank agentliyi bank şöbəsinin funksiyalarını yerinə yetirməklə bərabər, onun hüquqlarından istifadə edir. |
| Ağır Bazar | satmaq sərəncamlarının almaq sərəncamlarından çox olduğu bazar durumu. |
| Ağır çatışmazlıq | Dövlət təhsil (xüsusi təhsil) standartlarına uyğun təlimi qeyri-mümkün edən fiziki, əqli və (və ya) psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş yüksək dərəcəsi. |
| Ağır Sənaye | sənaye istehsalının metallurgiyanı, iri maşınqayırmanı əhatə edən hissə. |
| Ağırçəkili və ya irihəcmli mallar | Çəkisinə, ölçülərinə və ya xarakterinə görə, adətən, örtülü nəqliyyat vasitəsində və ya örtülü konteynerdə daşınmayan mallar. |
| Ahıl | Yaşı 70-ə çatmış Azərbaycan Respublikası vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs. |
| Ahıllara sosial xidmət | Ahılların sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət olan fəaliyyət. |
| AİDS | (Acquid Immune Deficiency Syndrom) qazanılmış immunçatışmazlığı sindromu — HIV virusunun törətdiyi xəstəlik |