I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Aktivlərin Rentabelliyi

aşağıdakı düsturla hesablanır: AR = XG/COA x 100 Burada, AR – aktivlərin rentabelliyi, XG – xalis gəlir, COA – cəmi orta aktivlər

Aktuar

Peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində mütəxəssis. Əsas olaraq aktuar hesablamalar həyat sığortası sahəsində aparılır. 

Aktuar Hesablamalar

Sığorta növləri üzrə sığorta tariflərinin, sığorta ehtiyatlarının yaradılması üsullarının riyazi və statistik tədqiqatı. 

Aktuar Hesablamalar

Sığorta növləri üzrə sığorta tariflərinin, sığorta ehtiyatlarının yaradılması üsullarının riyazi və statistik tədqiqatı. 

Akvitens

Bəzi hallarda maliyyə-borc öhdəliklərinin tam icrası zamanı borc verən tərəfin borc alana təqdim etdiyi sənəd. 

Akvizisiya

 1) Yeni sığortaların cəlb olunması, şirkətin sığorta sahəsinin genişləndirilməsi: şirkətin əməkdaşı – akvizitor (sığorta agenti və ya sığorta brokeri) tərəfindən həyata keçirilir. 2) Birjada səhmdar və ya səhmdarlar qrupu tərəfindən hər hansı bir və ya bir neçə müəssisəyə məxsus olan səhmlərin bütünlüklə alınması.

Akvizitor

Fiziki və ya hüquqi şəxslərlə könüllü sığorta ilə bağlı yeni müqavilələr bağlayan yaxud ləğv edilmiş müqavilələri bərpa edən sığorta agenti və ya sığorta şirkətinin işçisi

Aleba

akseptantın üzərinə götürdüyü akseptdən qismən və ya tam imtina etməsi.

Alğı-satqı

Satıcının əşyanı alıcının mülkiyyətinə verməyi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməsi.

Ali Audit

Hesablama Palatası tərəfindən dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi üzrə aparılan auditdir.

Alıcı

alqı-satqı müqaviləsində tərəflərin biri olub, müqavilənin şərtinə uyğun olaraq malı alıb haqqını ödəyəndir. 

Alıcı Məzənnəsi

alıcıların valyutaya, qiymətli kağıza görə ödəməyə hazır olduğu qiymətdir. 

Alıcı Opsionu

alıcıya mükafatı əvvəlcədən ödənilən müəyyən fyuçers kontraktını şərtləşdirilmiş qiymətlə almaq hüququnu verən opsion. 

Alıcı Qiyməti

müəyyən zaman müddətində alıcının hər hansı qiymətli kağızı almaq istədiyi ən yüksək qiymət. 

Alıcılıq Qabiliyyəti Pariteti

iki və ya daha çox valyutaların konkret müəyyənləşdirilmiş əmtəə və xidmətləri almaq qabiliyyətinin müqayisəsi.

Go to top